Şablon:Bilirsinizmi?
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:37, 23 fevral 2021 tarixli dəyişiklik
- 20 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının əməkdar rəssamı Qüdrət Məmmədov vəfat edib. O, uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışdır. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1952 – 1957) və Xarkov Dövlət Rəssamlıq İnstitutunda (1957 – 1964) təhsil almış, 1965 – 1970-ci illərdə Kirovabad (Gəncə) şəhərinin baş rəssamı olmuşdur.
- 14 fevral 2021-ci il tarixdə Fərid Əlibalayev 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini bir-bir skan edərək internetə yerləşdirilməsi işini başa çatdırdığını və həmin ensiklopediyanı internet istifadəçiləri üçün əlçatan etdiyini bəyan edib. O, 26 may 1982-ci il tarixdə Şəkidə, ziyalı ailəsində anadan olub. Səki fizika riyaziyyat humanitar liseyini bitirib və Azərbaycan Neft Akademiyasında bakalavr, Blekinge Texnologiya İnstitutunda (İsveç) isə magistr təhsili alıb. Dəfələrlə intellektual yarışmaların fəal iştirakçısı və qalibi olmuşdur.
- 4 fevral 2021-ci il tarixdə Azərbaycan sovet partiya xadimi, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olmuş Sadıq Murtuzayev 93 yaşında vəfat edib.
- 26 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Mustafayevin Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
- 12 yanvar 2021-ci il tarixdə kimya elmləri doktoru, professor, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifi Ələfsər Məmmədov 69 yaşında Bakıda vəfat edib.
- 20 noyabr 2020-ci il tarixdə ictimai-siyasi xadim, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini və Azərbaycanın Rusiya Federasiyasındakı sabiq səlahiyyətli nümayəndəsi Hikmət Hacızadə 66 yaşında Bakıda vəfat edib.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |