Elxan İmamov
Elxan İmanov (1949–1987) — fizika-riyaziyyat elmləri namizədi, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) atom və molekulların kvant mexanikası kafedrasının baş müəllimi.
Elxan İmanov | |
---|---|
İmanov Elxan Məmmədsadıq oğlu | |
Elxan İmanov | |
Elxan İmanov. | |
Doğum tarixi | 20 yanvar 1949 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 28 sentyabr 1987 (38 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Mükafatları | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1965–1971) |
Haqqında məlumatlar
20 yanvar 1949-cu il tarixində Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1965-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.
1965 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
Hərbi xidmət
1971 – 1973-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində işləyib; o cümlədən,
1973-cü ildən atom və molekulların kvant mexanikası kafedrasında laborant,
1982-ci ildən isə baş müəllim vəzifəsini tutub.
Elmi fəaliyyəti
1980-ci ildə “Molekulların nəzəriyyəsində nüvə kvadrupol və spin-spin qarşılıqlı təsirlərin enerjisinin hesablanmasına dair” mövzuda dissertasiya müdafiə edib və riyazi fizika üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
Elmi jurnallarda çap 30-dan artıq məqaləsi çap olunub.
Vəfatı
28 sentyabr 1987-ci il tarixdə – 38 yaşında, uzun sürən ağır xəstəlikdən sonra Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. İmamov Elxan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 278-279. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |