Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Səidə İmanzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:53, 25 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səidə İmanzadə
İmanzadə Səidə Nəbi (Əhməd) qızı
Səidə İmanzadə
Səidə İmanzadə.
Doğum tarixi 29 dekabr 1910(1910-12-29)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1992(1992-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (82 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi elmlər namizədi
Elmi adı dosent
Təhsili Azərbaycan Pedaqoji İnstitutu, tarix və ictimaiyyət fakültəsi (1930 – 1934)
Evladı Mübariz İmanzadə
Mükafatları

"Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı

Lenin ordeni"Şərəf Nişanı" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Qafqazın müdafiəsinə görə" medalı"Əməkdə fərqlənməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Səidə İmanzadə (1910 – 1992) — tarix elmləri namizədi, pedaqoq, dosent, Azərbaycan SSR əməkdar müəllimi.

Haqqında məlumatlar

29 dekabr 1910-cu il tarixdə Nuxada anadan olub.

1924-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Təhsili

Nuxada qızlar mədrəsində və qızlar məktəbində,

Bakıda Türk Sənaye Məktəbində oxuyub.

1928 – 1930-cu illərdə Bakıda fəhlə fakültəsində,

1930 – 1934-cü illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1934-cü ildə təyinatla Bakı şəhər 98 №-li orta məktəbə (Pirallahı adasında) müəllim işləməyə göndərilib.

1938 – 1943-cü illərdə Bakı şəhər 132 №-li orta məktəbin müdiri olub.

1943-cı ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində əvvəl müəllim, sonra isə dosent vəzifəsində çalışıb. O cümlədən,

1965 – 1968-ci illərdə tarix fakültəsinin dekanı olub.

Elmi fəaliyyəti

1954-cü ildə “Azərbaycanda qadın hərəkatının tarixindən” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

40-dan artıq məqaləsi mətbuatda dərc olunub.

35 elmlər namizədinin elmi rəhbəri olub.

Kitabları

  1. Oktyabr sosialist inqilabı və Azərbaycanda qadın azadlığı. Bakı, Azərnəşr, 1957 (105 səhifə);
  2. İslam dini və qadın azadlığı məsələsi. Bakı, 1958 (45 səhifə);
  3. Qadınlar cəmiyyətdə və ailədə. Bakı, Azərnəşr, 1963 (60 səhifə);
  4. Qadının – ananın şərəfini yüksəldək. Bakı, Azərnəşr, 1967 (128 səhifə);
  5. Qadınlar sülh uğrunda mübarizədə. Bakı, 1970 (65 səhifə);

İctimai-siyasi aktivliyi

Ümumittifaq “Bilik” cəmiyyətinin fəxri üzvü,

Bakı Qadınlar Şurasının sədri olub.

16 çağırış ardıcıl olaraq Bakı Şəhər Sovetinin deputatı seçilib.

Mükafatları

Vəfatı

1992-ci ildə – 82 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

28 dekabr 2010-cu il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Səidə İmanzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

11 yanvar 2013-cü il tarixdə Bakı Dövlət Universitetində,

23 iyun 2014-cü il tarixdə isə Şəki şəhərindəki “Şəki-Palas” otelinin konfrans zalında Səidə İmanzadənin 100 illik yubileyinə həsr olunmuş «Nura boyanmış ömür» kitabının təqdimat mərasimi keçirilib. Hər iki tədbirdə Səidə İmanzadənin oğlu – Azərbaycan Respublikasının Tunisdəki səfiri, Mübariz İmanzadə də iştirak edib.

İstifadə edilmiş mənbələr

  • Məmmədov Ə., Xalıqov F. İmanzadə Səidə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 277 – 278. — 1.000 nüsx.
  • "Görkəmli alim Səidə İmanzadənin anadan olmasının 100 illiyi qeyd edilmişdir". https://azertag.az (azərb.). AZƏRTAC. 28.12.2010. 25 Dec 2020 tarixində arxivləşdirilib.
  • "Səidə İmanzadənin 100 illiyi qeyd olunub". http://bsu.edu.az (azərb.). Bakı Dövlət Universiteti. 11/01/2013. 15 Jan 2013 - 24 Oct 2020 tarixində arxivləşdirilib.
  • "Şəkidə görkəmli alim və pedaqoq Səidə İmanzadəyə həsr edilmiş "Nura boyanmış ömür" kitabının təqdimatı olmuşdur". http://www.sheki-ih.gov.az/ (azərb.). www.sheki-ih.gov.az. 2014-06-25. 25 Dec 2020 tarixində arxivləşdirilib.