Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Şablon:13 oktyabr

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:58, 13 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon müvafiq gündə altıyadək qısa xəbər-xülasənin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Səbinə Hacıyeva

13 oktyabr

  • Memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvü Səbinə Hacıyeva 13 oktyabr 1971-ci il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.

Şəkil: Səbinə Hacıyeva, 2014.



Şəbnəm Şakirli

13 oktyabr

  • Tolyatti şəhər (Rusiya Federasiyası) 5 saylı klinik xəstəxanasında həkim terapevt-kardioloqu Şəbnəm Şakirli 13 oktyabr 1991-ci il tarixdə Şəkidə anadan olub.

Şəkil: Şəbnəm Şakirli.



Məmməd Cuvarlinski

13 oktyabr

  • Azərbaycan sovet partiya və dövlət xadimi və pedaqoq Məmməd Cuvarlinski (1902–1937) 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının bağlı məhkəmə iclasında qəbul olunmuş hökmə əsasən bir gün sonra – 13 oktyabr 1937-ci il tarixdə güllələnib. O, müxtəlif illərdə Azərbaycan SSR Maarif komissarı, Azərbaycan KP Nuxa şəhər Komitəsinin məsul katibi və s. digər məsul vəzifələrdə çalışmışdır.

Şəkil: Məmməd Cuvarlinski.



Qüdrət Əbdülsəlimzadə

13 oktyabr

  • İqtisad elmləri doktoru, Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru Qüdrət Əbdülsəlimzadə (1933–2016) 13 oktyabr 2016-cı il tarixdə Bakı Biznes Universitetində dərs zamanı – 83 yaşında, auditoriyada vəfat edib. O, 1992–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin, 1990-cı ilin 20 yanvar hadisələrində İctimai Dəfn Komissiyasının sədri olmuşdur.

Şəkil: Qüdrət Əbdülsəlimzadə, 2015-ci il.



Vasim Məmmədəliyev

13 oktyabr

  • Tanınmış şərqşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev (1942–2019) 13 oktyabr 2019-cu il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Bakıda – II Fəxri Xiyabanda dəfn olunub.

Şəkil: Vasim Məmmədəliyev 2011-ci il.



Vasim Məmmədəliyev

13 oktyabr

  • Tanınmış şərqşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev (1942–2019) 13 oktyabr 2019-cu il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Bakıda – II Fəxri Xiyabanda dəfn olunub.

Şəkil: Vasim Məmmədəliyev 2011-ci il.


<<əvvəlki gün 13 oktyabr sonrakı gün>>