Şəki xanları və onların nəsilləri
Şəki xanları və onların nəsilləri | |
---|---|
Dər bəyani əhvalat və silsileyi xəvanin-i səlefi Şeki | |
1930-cu ildə çap olunmuş “Şəki xanları və onların nəsilləri” kitabçasının üz qabığı. | |
Müəllif | Hacı Seyid Əbdülhəmid |
Orijinalın dili | azərbaycanca və rusca |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
İl | 1930 |
Tərcüməçi | Abdulla Sübhanverdixanov |
Nəşriyyat | Qızıl Şərq |
Nəşr | Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu |
Tiraj | 1000 |
elektron versiyası |
“Şəki xanları və onların nəsilləri” (“Dər bəyani əhvalat və silsileyi xəvanin-i səlefi Şeki”) — 1930-cu ildə Bakıda “Qızıl Şərq” nəşriyyatında 1000 tirajla çap olunmuş 24 səhifəlik kitabça. Kitabça Hacı Seyid Əbdülhəmid tərəfindən ən tezi 1869-cu ildən sonra, ən geci 1878-ci ilədək qələmə alınmış olan və əlyazma nüsxəsi 1909-cu ildə Salman Mümtaz tərəfindən Nuxada (indiki Şəki) Hacı Yaqub əfəndi Əfəndizadənin kitabxanasından əldə edilən Şəkinin tarixinə dair əsərdən, Əziz Ubeyduylin tərəfindən qələmə alınmış bir səhifəlik “Müqəddimə”dən, Salman Mümtazın yazdığı bir səhifəlik “Bir neçə söz”dən və bunların rusca tərcümələrindən, həmçinin, əlavə olaraq Nadir şahın 3 fərmanının fotoşəkillərinin surətlərindən və həmin fərmanların rusca müxtəsər tərcümələrindən ibarətdir. Bu Hacı Seyid Əbdülhəmidin eyniadlı əsərinin ilk nəşri olmaqla yanaşı, həm də hələlik sonuncu tək nəşridir. Daha sonra isə həmin əsər növbəti dəfə 1958-ci ildə Kərim ağa Şəkixanovun “Şəki xanlarının müxtəsər tarixi” ilə birlikdə “Şəki xanlığının tarixindən” adlı kitabçada çap olunmuşdur.
Ədəbiyyat
- Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 23-30.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |