Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov | |||||||
---|---|---|---|---|---|---|---|
Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu | |||||||
Əbdüləli bəy Əmircanov. | |||||||
|
|||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
Xələfi | Məmmədhəsən Hacınski | ||||||
Doğum tarixi | (18) 30 may 1874 | ||||||
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 1948 | (74 yaşında)||||||
Vəfat yeri | İstanbul, Türkiyə | ||||||
Atası | Şirəli bəy Əmircanov | ||||||
Anası | Fatma xanım (Mustafa ağa Şəkixanovun qızı) | ||||||
Həyat yoldaşı | Səltənət xanım | ||||||
Uşaqları | Valiyə, Məryəm, Murad, Fuad | ||||||
Təhsili | Moskva İmperator Universiteti, hüquq fakültəsi (1895–1899) |
Əbdüləli bəy Əmircanov (1874–1948) — Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü olmuş, həmçinin, cümhuriyyətin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş dövlət xadimi. 1920-ci il aprelin 27-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət etmişdir.
Haqqında məlumatlar
30 (18) may 1874-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1895-ci ildə Yelizavetpol şəhər giminaziyasının 8-ci sinfini bitirib.
1895 – 1899-cu ilərdə Moskva İmperator Universitetinin hüquq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1899-cu ildə Bakı Dairə Məhkəməsində məhkəmə vəzifələrinə kiçik namizəd təyin edilib.
1900 — 1902-ci illərdə Bakı Xəzinə Palatasında masa rəisi işləyib və eyni zamanda Bakı quberniyası və Dağıstan vilayətinin vergi müfəttişi vəzifəsini də yerinə yetirib.
1902-ci ildən Lənkəranda sahə vergi müfəttişi,
1905 – 1918-ci illərdə Bakıda sahə vergi müfəttişi,
1918-ci ilin 17 iyun – 6 oktyabr tarixləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri,
1918-ci ilin 6 oktyabr – 7 dekabr tarixləri arasında isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müfəttişi vəzifəsində çalışıb.
İctimai-siyasi fəaliyyəti
1907-ci ildə Bakı Şəhər Dumasına keçirilmiş 9-cu seçkidə və 1917-ci ildə keçirilmiş 12-ci seçkidə Dumanın üzvü,
1918-ci ildə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü seçilib.
1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.
Mülki rütbəsi
1914-cü ildə kollej müşaviri(ru) mülki məmur rütbəsinə malik idi.
Digər
1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbud xan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.
Vəfatı
1948-ci ildə – 74 yaşında, İstanbulda vəfat edib. İstanbuldakı Fəriköy məzarlığında – ailəvi qəbirdə, dəfn olunub.
Ailəsi
Atası: Şirəli bəy Əliəşrəf bəy oğlu Əmircanov (1847-1922) quberniya katibi(ru) mülki məmur rütbəsinə malik idi və və bir sıra məsul vəzifələrdə işləmişdir.
Anası: Fatma xanım, Mustafa ağa Şəkixanovun qızı.
XIX əsrin axırlarında Lənkəranda yaşayarkən ailə qurub. Murad və Fuad adlı oğulları, Valiyə və Məryəm adlı qızları olub. Valiyənin qızı Alev Ebuzziya-Siesbye bədii keramika sahəsində dünyada tanınmış rəssam və dizaynerdir.
Əmircanovların nəsil şəcərəsi
Abdulla bəy Əmircan bəy oğlu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mustafa ağa Şəkixanov | Əliəşrəf bəy | Əliəkbər bəy | Süleyman bəy | Dostuxanım | Əliəsgər bəy | Qafar bəy | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bala bəy Əlibəyov | Fatma xanım | Şirəli bəy | Lütfəli bəy | Firuzə | Cavad bəy | Nazəli | Vahid bəy | Nəsrulla bəy | Rüstəm bəy | Sitarə | Möhsün bəy | Yusif | Abdulla | Musa | Əzizə | Hacı bəy | Abbas bəy | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət xanım | Əbdüləli bəy | Lütfəli bəy | Haşım bəy | Bilqeyis xanım | Dilaram xanım | Xanım xanım | Əliyə | Dostan | Rübabə | Pərviz | Xosrov | Allahyar Əmircanov | Hüsniyyə Ağahüseynova | Səkinə | Əliyar Əmircanov | Yaqub Ağahüseynov | Hökumə Əmircanova | Zivər Dadanova | Cavahir İbrahimova | İsmət Əmircanova | Şövkət Əmircanova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rüstəm | Belma | Fuad | Məhəmməd | Valiyə | Ziyad Ebüzziya | Məryəm | Emil Qurr | Rəşid | Murad | Zemfira | Fərid | Tofiq Ağahüseynov | Rəhim Ağahüseynov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tülin | Talha | Alev Ebuzziya-Siesbye | Sevil Axundova | Elmira Ağahüseynova | Leyla Ağahüseynova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Hacı bəy Əmircanov (?–?).
Əbdüləli bəy Əmircanov (1874–1948).
Haşım bəy Əmircanov (1879–1918)
Əliyar Əmircanov (1897–+1945).
Alevin uşaqlıq şəkli, qardaşı Talha, atası və anası.
Tofiq Ağahüseynov (1923–2021).
Fərid Əliyar oğlu Əmircanov (1935–1986).
Elmira Tofiq qızı Ağahüseynova (solda) və Leyla Rəhim qızı Ağahüseynova. Şəkli Ə.Tahirzadə çəkib, 29 may 2014-cü il.
Nəsil şəcərəsinnin mənbələri
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 455–463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 464-472. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Haşım bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 473–476. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Möhsün bəy Süleyman bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 477–482. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
- Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.
- Alev Ebüzziya Siesbye : [arx. 18 Sep 2013 - 8 Jan 2022] : [tur.] // [istanbulkadinmuzesi.org İstanbul Kadın Müzes]. — 2016. — 13 Şubat. — Müraciət tarixi: 17.01.2022.
- Исмаилов Э.Э. Азербайджанцы в конвое российских императоров. — Библиотека «Старого Цейхгауза». — Москва: Фонд «Русские Витязи», 2018. — Səh.: 223 – 224.
- Samet Ağaoğlu ile bir çocukluk arkadaşını ziyaret (türk.). https://mahmuttolon.wordpress.com/. Mahmut Tolon. Arxivləşdirilib (1 iyul 2021).
- Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 17.01.2022.
Video-çarx
Ədəbiyyat
- Yaqublu N. Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov (azərb.) // 525-ci qəzet : qəzet. — Bakı, 1918. — В. 18 oktyabr. — № 182. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2018 - 3 Nov 2018.
- Амирджанов Абдулали бек Ширали бек оглу : [arx. 9 Sep 2016 - 19 Jul 2019] : [rus.] // Наш Баку. — Müraciət tarixi: 17.01.2022.
- Mərdanov M, Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 455-463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
- ƏMİRCANOV Əbdülәli bәy Şirәli bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 423. — ISBN 978-9952-441-13-0.
- Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- 1874-cü ildə doğulanlar
- 30 mayda doğulanlar
- Mayda doğulanlar
- 1948-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə