Şəfiqə Axundova
Şəfiqə Axundova | |
---|---|
Axundova Şəfiqə Qulam qızı | |
Şəfiqə Axundova | |
Şəfiqə Axundova, 2012-ci il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 yanvar 1924 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 26 iyul 2013 (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | İkinci Fəxri Xiyaban, Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Peşəsi | bəstəkar |
Atası | Qulam Axundov |
|
|
Təhsili |
• Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində (1943–1944) • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, Boris Zeydmanın kompozisiya sinfi (1951–1956) |
Mükafatları |
|
Commonsda da Şəfiqə Axundova ilə əlaqəli mediafayllar var |
Şəfiqə Axundova (1924–2013) — görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, Şərqdə opera yazmış ilk qadın bəstəkar.
Haqqında məlumatlar
21 yanvar 1924-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1943 – 1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində,
1951 – 1956-cı illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında – Boris Zeydmanın kompozisiya sinfində təhsil alıb.
Yaradıcılığı
1938-ci ildə – yeddinci sinifdə oxuyarkən, “Röya” və “Qəlbimiz” mahnılarını bəstələyib.
Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində isə “Nə gözəlsən” və “Ay nigar” romanslarını yazıb.
1944-cü ildə Üzeyir Hacıbəyovun məsləhəti ilə Azərbaycan SSR-in himninin yaradılması üçün keçirilən müsabiqədə iştirak edib və Azərbaycan SSR himnini Dövlət Filarmoniyasında dövlət komissiyası qarşısında ilk dəfə o, ifa edib.
Daha sonra “Balam”, “Sevgilim”, “Vətən məhəbbəti”, “Nə gözəlsən”, “Çiçək”, “Hind qızı”, “Nə gözəldir kəndimiz” və s. mahnılarını bəstələyib.
1948-ci ildə Moskvada keçirilən plenumda onun da vokal əsərləri ifa olunub.
Şəfiqə Axundova orkestr üçün “Cahanda”, “Mənim qəlbim”, “Sənin məhəbbətin”, “Qələbə bizimdir”, simfonik orkestr üçün “Nuxa rapsodiyası”, “Üç pyes”, “Qəzəl” (M.Rahimin sözlərinə) melodiyalarını, həmçinin, C.Cabarlının “Aydın”, B.Vahabzadənin “Vicdan”, H.Seyidbəylinin “Böyük ürək” tamaşalarının, “Ev bizim, sirr bizim” musiqili komediyasının musiqisini bəstələyib.
1972-ci ildə isə “Gəlin qayası” operasını yazıb (Süleyman Rəhimovun eyniadlı povestinin motivləri əsasında). Bu bütün Şərqdə qadın tərəfindən yazılmış ilk opera olub.
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni, 1959;
- Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1973;
- Azərbaycan Respublikasının xalq artisti, 1998;
- Şöhrət ordeni, 2004.
Digər
Tanınmış mədəniyyət xadimi Qulam Axundovun qızı, ilk azərbaycanlı qadın alim, pedaqoq Zümrüd Axundovanın bacısıdır.
–=== Vəfatı === Həyatının son illərində Şəfiqə Axundovanın səhhəti xeyli pisləşmişdi. Ayaqlarında, nitqində və yemək qəbulunda problemlər yaranmışdı. 11 iyul 2013-cü il tarixdə Şəkidə olarkən səhhəti qəflətən daha da pisləşmiş, əvvəl Şəki Mərkəzi rayon Xəstəxanasının, sonra isə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, növbəti günlərdə vəziyyəti bir qədər yaxşılaşsa da, 26 iyul tarixdə saat 12 radələrində reanimasiya şöbəsində vəfat etmişdir. 27 iyul tarixdə Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunmuş vida mərasimindən sonra İkinci Fəxri xiyabanda dəfn edilmişdir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Axundova Şəfiqə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 53-55. — 1.000 nüsx.
- "Состоялась церемония прощания с композитором Шафигой Ахундовой" (русский). news.day.az. 27 июля 2013 16:07. 29 Jul 2013 - 23 Mar 2020 tarixində arxivləşdirilib.
- "Şərqdə ilk opera bəstələyən qadın- Şəfiqə Axundova vəfat edib" (azərb.). www.bbc.com. 26 İyul 2013. 29 Mar 2020 tarixində arxivləşdirilib.
- Ахундова, Шафига Гулам-кызы // Большая русская биографическая энциклопедия (электронное издание). — Версия 3.0. — М.: Бизнессофт, ИДДК, 2007.
- Aytən Qiyas-Rüstəmova (April 14, 2009). "Unknown Azerbaijan...First female opera composer in the Orient - Shafiga Akhundova..." shekiazerbaijan.blogspot.com (English).
- Axundova Şəfiqəı Qulam qızı // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 223. — ISBN 978-9952-441-02-4.
Filmoqrafiya
- Azərbaycan elləri (film, 1976);
- Mənim atam Əliövsət Sadıqov (film, 2007);
- Bəstəkar Şəfiqə Axundova (film, 2012).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ş
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış musiqiçilər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1924-cü ildə doğulanlar
- 21 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 26 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan Respublikasının xalq artistləri
- "Şərəf Nişanı" ordeni laureatları
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə