Veysəl Mustafayev (alim-pedaqoq)
Veysəl Mustafayev | |
---|---|
Mustafayev Veysəl Nurməmməd oğlu | |
Veysəl Nurməmməd oğlu Mustafayevin ehtimal edilən şəkli[qeyd 1]. | |
Doğum tarixi | 1894 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1975 | (81 yaşında)
Təhsili | Azərbaycan Dövlət Universiteti, aspirantura, psixologiya ixtisası |
Evladı | Həmid Mustafayev |
Mükafatları | |
Adının digər versiyaları | Veysəl Mustafazadə, Veysel Mustafayev, Veysal Mustafayev, Veysel Mustafazade, Veysal Mustafazade, Вейсал Мустафаев, Вейсел Мустафаев, Вейсал Мустафазаде, Вейсел Мустафазаде, Вејсәл Мустафазадә |
Veysəl Mustafayev (1894–1975) — tanınmış alım-pedaqoq, pedaqoji elmlər namizədi, dosent. 1919 – 1920-ci illərdə Nuxada Müsavat partiyasının özək sədrinin müavini olması səbəbindən ömrünün sununadək siyasi təqiblərə məruz qalmış, Bakıdakı evi müsadirə olunmuş, bir müddət Qazaxıstanda sürgün həyatı yaşamış, geri döndükdə isə Bakıda ona ev və iş verilməmişdir. Nəticədə ömrünün sonunadək başqa respublikaların institutlarında işləmişdir. Bir sıra pedaqoji-metodik kitabların müəllifi yaxud redaktoru olub. O cümlədən həm azərbaycan dilində, həm də türkmən dilində “Əlifba” dərsliyinin müəllifidir. 1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad şəhərində baş verən zəlzələ zamanı xəsarət alanlara ilk yardım göstərmiş və uşaq bağçasının dağıntıları altında qalmış 11 – 12 uşağı xilas etmişdir.
Haqqında məlumatlar
1894-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
İctimai-siyasi fəaliyyəti
1 aprel 1917-ci il tarixdə Nuxada təsis edilmiş Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri və idarə heyətinin üzvü,
1919 – 1920-ci illərdə Müsavat partiyasının Nuxa özək sədrinin müavini olub.
1920-ci ildə Azsərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Dağıstana qaçıb. Geri dönən kimi həbs edilib, amma 3-4 aydan sonra buraxılıb.
1935-ci ildən başlayaraq siyasi təqiblərə məruz qalıb;
1937-ci ildə işdən çıxarılıb və 7 ay işsiz qalıb. Lakin sonra yenidən işə qəbul olunub.
1942-ci ildə siyasi təqiblərə məruz qalıb; 24 saat ərzində mənzili əlindən alınıb, ev əşyaları küçəyə atılıb, xəstə arvadı ilə birlikdə Şimali Qazaxıstan vilayətinə inzibati qaydada sürgün edilib. Bu zaman hətta onlara 7 – 9 yaşında olan iki işaqlarını görməyə də imkan verilməyib.
1946-cı ildə Bakıya geri dönüb. Lakin mənzili geri qaytarılmayıb və ona ixtisası üzrə iş verilməyib. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını Bakıda qoyub başqa respublikalarda iş axtarmağa gedib.
1948-ci ilin sentyabrında Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR) işləməyə başlayıb. Lakin Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları bunu bilən kimi onu işdən çıxartdırıblar. Veysəl Mustafayev Sov.İKP MK-ya edib və bundan sonra işinə bərpa olunub.
Təhsili
Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirib.
Əmək fəaliyyəti
1912-ci ildən ibtidai məktəblərdə müəllim işləyib.
1920 – 1926-cı illərdə Nuxa nümunə zəhmət məktəbinin müdiri,
1926 – 1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin elmi işçisi,
1930 – 1937-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun dosenti və eyni zamanda pedaqogika üzrə elmi tədqiqat institutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
1937 – 1941-ci illərdə Azərbaycanın rayonlarında həkim işləyib.
1948 – 1952-ci illərdə Çardcou Pedaqoji İnstitutunda, Aşqabad Pedaqoji İnstitutunda (Türkmənistan SSR) və Türkmənistan Dövlət Universitetində,
1954-cü ilin sentyabrından Saransk Pedaqoji İnstitutunun (RSFSR, Mordoviya MSSR) pedaqogika kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1929-cu ildə o, universitetin privat-dosenti təsdiq edilib.
1948 – 1952-ci illərdə Türkmənistanda işləyərkən namizədlik dissertasiyasını müdafiə edib.
Təltif və mükafatları
Vəfatı
1975-ci ildə – 81 yaşında, Bakıda vəfat edib.
Qeydlər
- ↑ Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü səfifəsində verilib (Tahirzadə Ə., Manaflı H., 2012). Lakin mümkündür ki şəkildəki şəxs Veysəl Nurməmməd oğlu Mustafayev yox, əslində Veysəl Məmmədkərim oğlu Mustafayevdir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Veysəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 425-427. — 1.000 nüsx.
- Mete Ə. Məslək mücahidi : Alimin taleyi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 384-388. — 500 nüsx.
- Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. — Səh.: 124. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Apr 2021 - 23 May 2022.
- Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Apr 2021 - 23 May 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1894-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1975-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə