Xan məscidi

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:49, 19 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
məscid
Xan məscidi
Xan məscidi və Xan qəbristanlığı
Xan məscidi və Xan qəbristanlığı
Ölkə Azərbaycan
Şəhər
Qəbiristanlıq
Şəki
Məzhəb sünni
Banisi Məhəmmədhüseyn xan
Material çay daşı, kərpic
Xan məscidi (Azərbaycan)
Red pog.svg
Xan məscidi (Şəki rayonu)
Red pog.png
Xan məscidi (Yuxarı Baş)
Red pog.svg
Koordinatlar 41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E / 41.202529; 47.191714 Map marker.svg41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E / 41.202529; 47.191714

'Xan məscidini hicri 1183 (1769/70)-ci ildə Şəki xanı Məhəmmədhüseyn xan tikdirilmişdir. Məscid əvvəlcə '“I Cümə məscidi” adlanmışdır. Məscidin şərq tərəfindəki torpaq sahəsində Şəki Xan qəbristanlığı yerləşir. Salman Mümtazın şəhadətinə görə, Məhəmmədhüseyn xanın özü məscidin “mehrabı içində” dəfn edilib.

Şəki Xan məscidi

14 aprel 1853-cü il tarixdə (digər mənbələrdə – maddeyi-tarixlərdə: 1842/1843) Nuxa bazarı ilə birlidə yanmışdır. Mustafa ağa Şəkixanovun yazdığına görə, o vaxt bazar və Cümə məscidi ilə yanaşı, məscid ətrafındakı evlər də yanğına məruz qalmışdır. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov, bu məscidi bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini, – minarənin başını, pilləkənlərini və yanğına məruz qalmış digər yerlərini bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır (Hal-hazırda məscidin arxasına diqqətlə baxdıqda görmək olar ki, vaxtilə məscidin pəncərələri indikindən xeyli kiçik olubmuş, sonra onların yeri hörülərək, daha geniş pəncərələr açılmışdır. Mümkündür ki, bu iş, məhz yanğından sonra edilmişdir).

XX əsrin 90-cı illərində məscid “Azəri” adlanan qeyri-leqal dini birliyinə verilmişdir. 30 ilə yaxın müddət ərzində onlar məscidi daima bağlı saxlamış, hətta Mədəniyyət şöbəsi tərəfindən məscidin divarına “Bura dövlət tərəfindən qorunur” lövhəsinin vurulmasına belə imkan verməmişdirlər. 2009-cu ildə Şəki Şəhər Mədəniyyət Şöbəsi məhkəməyə müraciət etsə də, məhkəmə məscidin qeyri-leqal “Azəri” dini icması tərəfindən boşaldılmasına qərar versə də bu qərarın icrası yalnız 2019-cu ildə mümkün olub.

İstinadlar


Həmçinin bax

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə