Məmməd Rəşidov
Məmməd Rəşidov (Rəşidov Məmməd İsmayıl oğlu; d. 27 yanvar 1916-cı il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası — ö. 29 dekabr 1988-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – alim-pedaqoq, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun elmi kommunizm kafedrasının dosenti (1973 – 1988).
Məmməd Rəşidov | |
---|---|
Rəşidov Məmməd İsmayıl oğlu | |
Məmməd Rəşidov | |
Məmməd Rəşidov, 1951-ci il | |
Doğum tarixi | 27 yanvar 1916 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 29 dekabr 1988 (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
İş yeri | Azərbaycan Pedaqoji İnstitutu |
Elmi adı | dosent |
Təhsili |
|
Mükafatları |
Haqqında məlumatlar
27 yanvar 1916-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
1932-ci ildə orta məktəbi bitirib və Nuxa pedaqoji fəhlə fakültəsində təhsil almağa başlayıb.
1937-ci ildə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.
1946 – 1949-cu illərdə Bakıda aspiranturda oxusa da, 1949-cu ildə aspirant təhsili verən daha nüfuzlu təhsil müəssisəsinə qəbul olunduğuna görə Bakıdakı aspirant təhsilini yarımçıq buraxıb.
1949 – 1952-ci illərdə Moskvada – Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.
Hərbi xidmətdə
1939 – 1940-cı illərdə hərbi xidmətdə olub.
1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində zabit kimi iştirak edib, bir sıra orden medallarla təltif olunub.
Əmək fəaliyyəti
1937 – 1939-cu illərdə Nuxa Pedaqoji Texnikumunda müəllim və tədris hissəsi üzrə direktor müavini,
1945 – 1946-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində sovet ədəbiyyatı şöbəsinin müdiri olub.
1957-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasında baş müəllim,
1973 – 1988-ci illərdə isə elmi kommunizm kafedrasında dosent vəzifəsində çalışıb, o cümlədən, 1967 – 1974-cü illərdə bu kafedranın ilk partiya təşkilatının sədri olub.
Elmi fəaliyyəti
1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” monoqrafiyasının, müxtəlif illərdə “İnqilab və mədəniyyət”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan”, “Rus dili qeyri rus dilli məktəblərdə”, “Ədəbiyyat və incəsənət” və s. jurnal və qəzetlərdə dərc olunmuş elmi, elmi-tənqidi və metodik məqalələrin müəllifidir. N.Poqodinin “Kreml saatı” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edib.
Mükafatları
- II dərəcəli “Vətən Müharibəsi” ordeni;
- I dərəcəli “Vətən Müharibəsi” ordeni;
- “İgidliyə görə" medalı;
- “Azərbaycan maarif əlaçısı” döş nişanı;
- “Əmək veteranı” medalı.
Ailəsi
Həyat yoldaşı: Münəvvər Rəşidova (Qaragözova) Mürsəl bəy qızı (1921 – 19 mart 2003).
Evladları:
- Rəna Rəşidova (1939 – 2019);
- Rəşad Rəşidov (14 avqist 1946) – 1960-cı ildə Bakı Energetika texnikumuna daxil olub. Hərbi xidmət borcunu yerinə yetirdikdən sobra 1969 – 1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda təhsil alıb. 1979 – 1981-ci illərdə Şəkidə peşə məktəbinin müdiri olub. 1981 – 1985-ci illərdə Şəki Xalq Nəzarəti şöbəsində inspektor işləyib. 1991-ci ildən Şəki şəhərindəki 91 saylı peşə məktəbininin direktoru vəzifəsində işləməyə başlayıb. 2020-ci il üçün Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşıdır.
- Şəmsa Rəşidova
- Namiq Rəşidov
- Mübariz Rəşidov (1951), elmlər namizədidir və Hərbi Akadenmiyanın proffessordur.
- Səadət Zeynalova
- Afaq Rəşidova
- Azər Rəşidov
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
İstifadə edilmiş əsas mənbə
- Məmmədov Ə., Xalıqov F. Rəşidov Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 465 – 467. — 1.000 nüsx.