Şablon:Bilirsinizmi?
- 6 sentyabr 2021-ci il tarixdə sənətşünaslıq elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva 60 yaşının tamam olması münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.
- 29 sentyabr 2021-ci il tarixdə Şuşada təntənəli açılışı olmuş Üzeyir Hacıbəylinin heykəli üç şəkili – Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanmışdır.
- 3 iyul 2021-ci il tarixdə – günortadan sonra, 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (?–1780) qəbri (Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə idi) açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.
- 19 – 26 iyun 2021-ci il tarixində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyinin 10-cu sinif şagirdi Rəfsan Həbibullayev həvəsləndirici mükafata layiq görülüb.
- 13 may 2021-ci il tarixdə görkəmli sovet və Azərbaycan hərbçisi, general-polkovnik Tofiq Ağahüseynov 98 yaşında Bakıda vəfat edib. O, SSRİ-də general-polkovnik rütbəsinə malik olmuş yeganə azərbaycanlı olub.
- 10 aprel 2021-ci il tarixdə coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi Qalib Rüstəmov 68 yaşında Bakıda vəfat edib.
- 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Emin Məmmədovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
- 8 mart 2021-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Əhməd-Cabir Əhmədov 79 yaşında, Bakıda vəfat edib.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |