Əbdüləli bəy Əmircanov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Əbdüləli bəy Əmircanov
Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu
Əbdüləli bəy Əmircanov.
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin 1-ci maliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Məmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi (18)  30 may 1874(1874-05-30)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1948(1948-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (74 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Atası Şirəli bəy Əmircanov
Anası Fatma xanım (Mustafa ağa Şəkixanovun qızı)
Həyat yoldaşı Səltənət xanım
Uşaqları Valiyə, Məryəm, Murad, Fuad
Təhsili 1895–1899-cu ilərdə Moskva İmperator Universiteti, hüquq fakültəsi (1895–1899)

Əbdüləli bəy Əmircanov (1874–1948) — Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü; həmçinin, cümhuriyyətin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət edib.

Haqqında məlumatlar

(18) 30 may 1874-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1895-ci ildə Yelizavetpol şəhər giminaziyasının 8-ci sinfini bitirib.

1895 – 1899-cu ilərdə Moskva İmperator Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1899-cu ildə Bakı Dairə Məhkəməsində məhkəmə vəzifələrinə kiçik namizəd təyin edilib.

1900 — 1902-ci ilədək Bakı Xəzinə Palatasında masa rəisi işləyib və eyni zamanda Bakı quberniyası və Dağıstan vilayətinin vergi müfəttişi vəzifəsini də icra edib.

1902-ci ildən Lənkəranda,

1905 – 1918-ci illərdə isə Bakı şəhərində sahə vergi müfəttişi vəzifəsində çalışıb.

1918-ci ilin 17 iyunundan 6 oktyabrına qədər – Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri vəzifəsini tutub.

1918-ci ilin 6 oktyabrdan – 7 dekabrına qədər Dövlət Müfəttişi vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

XIX əsrin axırlarında Lənkəranda yaşayarkən o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862 – 1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdir.

1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olub və mart-aprel aylarında daşnak-bolşeviklər tərəfindən həyata keçirilmiş müsəlman qətliamının qarşısını almağa çalışan ziyalılardan biri idi.

1918-ci ilin dekabrın 7-də fəaliyyətə başlamış Azərbaycan Cümhuriyyətinin parlamentində bitərəflər qrupunun üzvü olub.

1919-cu ildə Behbud xan Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri qurmaq üçün Bakıda “Dəyanət” şirkəti yaradıb.

1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.

Mülki rütbəsi

1914-cü ildə kollej müşaviri(ru) mülki məmur rütbəsinə malik olub[1].

Digər

1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbud xan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.

Vəfatı

1948-ci ildə – 74 yaşında, İstanbulda vəfat edib. İstanbuldakı Fəriköy məzarlığında – ailəvi qəbirdə, dəfn olunub.

Ailəsi

Atası: Şirəli bəy Əliəşrəf bəy oğlu Əmircanov (1847-1922) quberniya katibi(ru) mülki məmur rütbəsinə malik idi və və bir sıra məsul vəzifələrdə işləmişdir.

Anası: Fatma xanım, Mustafa ağa Şəkixanovun qızı.

XIX əsrin axırlarında Lənkəranda yaşayarkən ailə qurub. Murad və Fuad adlı oğulları, Valiyə və Məryəm adlı qızları olub. Valiyənin qızı Alev Ebuzziya-Siesbye bədii keramika sahəsində dünyada tanınmış rəssam və dizaynerdir.

Əmircanovların nəsil şəcərəsi

Əmircanovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Abdulla bəy Əmircan bəy oğlu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mustafa ağa Şəkixanov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əliəşrəf bəy
 
Əliəkbər bəy
 
Süleyman bəy
 
Dostuxanım
 
Əliəsgər bəy
 
Qafar bəy
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bala bəy Əlibəyov
 
 
 
 
 
 
 
 
 
 
 
Fatma xanım
 
Şirəli bəy
 
Lütfəli bəy
 
Firuzə
 
Cavad bəy
 
Nazəli
 
Vahid bəy
 
Nəsrulla bəy
 
Rüstəm bəy
 
Sitarə
 
Möhsün bəy
 
Yusif
 
Abdulla
 
Musa
 
Əzizə
 
Hacı bəy
 
Abbas bəy
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səltənət xanım
 
Əbdüləli bəy
 
Lütfəli bəy
 
Haşım bəy
 
Bilqeyis xanım
 
Dilaram xanım
 
Xanım xanım
 
Əliyə
 
Dostan
 
RübabəPərvizXosrov
 
Allahyar Əmircanov
 
Hüsniyyə Ağahüseynova
 
Səkinə
 
Əliyar Əmircanov
 
Yaqub Ağahüseynov
 
Hökumə Əmircanova
 
Zivər DadanovaCavahir İbrahimovaİsmət ƏmircanovaŞövkət Əmircanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rüstəm
 
Belma
 
Fuad
 
Məhəmməd
 
Valiyə
 
Ziyad Ebüzziya
 
Məryəm
 
Emil Qurr
 
Rəşid
 
Murad
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Zemfira
 
Fərid
 
 
 
Tofiq Ağahüseynov
 
Rəhim Ağahüseynov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tülin
 
 
 
 
 
 
 
Talha
 
Alev Ebuzziya-Siesbye
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sevil Axundova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elmira Ağahüseynova
 
Leyla Ağahüseynova


Şəkillər
Nəsil şəcərəsinnin mənbələri
Ədəbiyyat
  1. Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 455–463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
  2. Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 464-472. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 may 2021.
  3. Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Haşım bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 473–476. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
  4. Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Möhsün bəy Süleyman bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 477–482. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
  5. Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.
  6. Alev Ebüzziya Siesbye : [arx. 18 Sep 2013 - 8 Jan 2022] : [tur.] // [istanbulkadinmuzesi.org İstanbul Kadın Müzes]. — 2016. — 13 Şubat. — Müraciət tarixi: 17.01.2022.
  7. Исмаилов Э.Э. Азербайджанцы в конвое российских императоров. — Библиотека «Старого Цейхгауза». — Москва: Фонд «Русские Витязи», 2018. — Səh.: 223 – 224.
  8. Samet Ağaoğlu ile bir çocukluk arkadaşını ziyaret (türk.). https://mahmuttolon.wordpress.com/. Mahmut Tolon. Arxivləşdirilib (1 iyul 2021).
  9. Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 17.01.2022.

Video-çarx

Ədəbiyyat

  1. Yaqublu N. Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov (azərb.) // 525-ci qəzet : qəzet. — Bakı, 1918. — В. 18 oktyabr. — № 182. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2018 - 3 Nov 2018.
  2. Амирджанов Абдулали бек Ширали бек оглу : [arx. 9 Sep 2016 - 19 Jul 2019] : [rus.] // Наш Баку. — Müraciət tarixi: 17.01.2022.
  3. Mərdanov M, Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 455-463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
  1. ƏMİRCANOV Əbdülәli bәy Şirәli bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 423. — ISBN 978-9952-441-13-0.
  2. Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.