Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
5 noyabr
- Tanınmış türk şairi və sabiq türk bank işçisi Coşqun Qarabulud 5 noyabr 1956-cı il tarixdə Türkiyənin Qars ilinin Sarıqamış ilçəsində doğulub. Onun ana babası vaxtilə Şəkidən Türkiyəyə köçənlərdən biri olub və bu səbəbdən də 2017-ci ilin oktyabr ayının 8-də Cavanşir Feyziyevin dəvəti ilə Azərbaycana gəlib, o cümlədən, oktyabr ayının 10-da Şəkidə olub və Şəki şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən qəbul edilib. Oktyabrın 11-də isə Şəki Dövlət Regional Kollecində Coşqun Qarabuludun şərəfinə musiqili proqram nümayiş etdirilmişdir.
Şəkil: Coşqun Qarabulud.
|
5 noyabr
- Massaçusets Texnologiya İnstitutunun (Kembric şəhəri, Massaçusets ştatı, ABŞ) tələbəsi Ləman Cəlilova 5 noyabr 2001-ci il tarixdə Bakıda anadan olub.
Şəkil: Ləman Cəlilova.
|
|
5 noyabr
- Sovet dövründə Şəkidə tanınmış yerli sovet işçisi olmuş Minayə Həmidova (1918–1997) 5 noyabr Nuxada (indiki Şəki) anadan olub. O, 14 çağırış (1940–1973) müddətində dalbadal Nuxa/Şəki şəhər, yaxud rayon sovetinin deputatı və həm də icraiyyə komitəsinin katibi seçilmişdir.
Şəkil: Minayə Həmidova.
|
5 noyabr
- Kimya elmləri namizədi, dosent, AMEA Polimer Materialları İnstitutunun polimer qarışıqları laboratoriyasının müdiri Nadir Ələkbərov (1940–2018) 5 noyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Şəkil: Nadir Ələkbərov.
|
|
5 noyabr
Şəkil: Vüsal Baxışov.
|
5 noyabr
- Sovet dövründə Şəkidə bir sıra istehsal müəssisələrinə rəhbərlik etmiş Yusif Abdurrahmanov (1937–2005) 5 noyabr 1937-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.
Şəkil: Yusif Abdurrahmanov.
|
|
5 noyabr
- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Hüseyn İsmayılov (1996–2020) Vətən müharibəsində – 5 noyabr 2020-ci il tarixdə, Şuşanın işğaldan azad edilməsi zamanı 24 yaşında şəhid olub.
Şəkil: Hüseyn İsmayılov.
|
5 noyabr
- Şəki xanları nəslinin davamçılarından biri Mustafa ağa Şəkixanov (1831–1895) 5 noyabr 1895-ci il tarixdə özünə məxsus Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilib və Xan qəbiristanlığında dəfn olunub. O, “Şəki tarixi” adlı bir tarix əsərini və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır. “Şuxi” təxəllüsü ilə şeirlər də yazıb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında 2011-ci ildə “Divan”ı çap olunmuşdur.
Şəkil: Mustafa ağa Şəkixanov.
|
<<əvvəlki gün 5 noyabr sonrakı gün>>
Həmçinin, bax:
Xülasə sayı: 8 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)