Bəxtiyar Vahabzadə
Bəxtiyar Vahabzadə | |
---|---|
Vahabzadə Bəxtiyar Mahmud oğlu | |
Bəxtiyar Vahabzadə. | |
Doğum tarixi | 16 avqust 1925 |
Doğum yeri | Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 13 fevral 2009 (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Uşağı | İsfəndiyar Vahabzadə |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1942–1947) |
Fəaliyyəti | şair, ədəbiyyatşünas |
Mükafatları |
|
Commonsda da Bəxtiyar Vahabzadə ilə əlaqəli mediafayllar var |
Bəxtiyar Vahabzadə (1925–2009) — görkəmli Azərbaycan şairi, filoloq və ictimai xadim; Azərbaycan SSR xalq şairi, SSRİ Dövlət mükafatı laureatı; filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.
70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilmişdir.
Haqqında məlumatlar
16 avqust 1925-ci il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.
1934-cü ildə ailəsi valideynləri ilə birlikdə Bakıya köçüb.
Təhsili
1942 – 1947-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1950 – 1990-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında əvvəl müəllim, sonra dosent, daha sonra isə professor vəzifəsində çalışıb.
1990-cı ildə təqaüdə çıxıb.
Elmi fəaliyyəti
1951-ci ildə “Səməd Vurğunun lirikası” adlı mövzuda namizədlik dissertasiyası,
1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.
1980-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü,
2000-ci ildə isə Azərbaycan MEA-nın həqiqi üzvü seçilib.
Bədii yaradıcılığı
1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri çap olunub.
1949-cu ildə “Mənim dostlarım” adlı ilk şeir kitabı çap olunub. Həmin kitabda toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.
1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
1960 – 2003-cü illərdə qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
İctimai aktivliyi
1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.
Bir dəfə Azərbaycan KP Bakı şəhər Komitəsinin üzvü və bir neçə çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Ali Sovet 26 noyabr 1991-cı il tarixdə öz səlahiyyətini 50 deputatdan ibarət Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına verdikdə, Bəxtiyar Vahabzadə də Milli Şuranın üzvü olub.
1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı Ağsaqqallar Şurasının üzvü olub.
1995 və 2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı (1974).
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1975).
- Azərbaycan SSR Dövlət mükafatı (1976).
- SSRİ Dövlət mükafatı (1984).
- “Azərbaycan SSR xalq şairi” fəxri adı (1984).
- “Oktyabr İnqilabı” ordeni (1984).
- “Əmək veteranı” medalı ()
- “İstiqlal” ordeni (1995).
- "Ləyaqət" ordeni (Rumıniya) — 2002
Vəfatı
13 fevral 2009-cu il tarixdə – 83 yaşında, Bakıda vəfat edib. Bakıda – Birinci Fəxri Xiyabanda dəfn olunub.
Ailəsi
Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini olmuş, bir sıra ölkələrdə Azərbaycanın səfiri vəzifəsində çalışmışdır.
Xatirəsi
Türkiyənin Adana şəhərində Sosial Elmlər Liseyinə və
Bakı şəhərinin Yasamal rayonunda bir küçəyə Bəxtiyar Vahabzadənin adı verilib.
1 avqust 2018-ci il tarixdə isə Şəkidə şairin ev-muzeyinin açılışı olub.
Kitabları
Filmoqrafiya
Xarici keçidlər
Vikisitatda Bəxtiyar Vahabzadə ilə əlaqədar sitatlar var. |
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Vahabzadə Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 548 – 553. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1925-ci ildə doğulanlar
- 16 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 13 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Azərbaycan SSR xalq şairləri
- SSRİ dövlət mükafatı laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Oktyabr İnqilabı" ordeni laureatları
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "İstiqlal" ordeni ilə təltif edilənlər
- Rumıniyanın “Ləyaqət” ordeninin kavalerləri
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə