Hüseyn Mustafabəyli
Hüseyn Mustafabəyli | |
---|---|
Mustafabəyli Hüseyn Lütvəli oğlu | |
Hüseyn Mustafabəyli, 2017-ci il. | |
Doğum tarixi | 23 noyabr 1954 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi, landşaftşünaslıq şöbəsi (şöbə müdiri) |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri namizədi |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi (1970–1975) • Azərbaycan SSR EA Geologiya İnstitutu, aspirantura (1980–) |
facebook səhifəsi |
Hüseyn Mustafabəyli — geologiya-mineralogiya elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin landşaftşünaslıq şöbəsinin müdiri; sabiq ictimai-siyasi fəal, Azərbaycan Xalq Cəbhəsi Şəki şöbəsinin sabiq sədri və Şəki şəhər icra hakimiyyətin sabiq başçısı.
Haqqında məlumatlar
23 noyabr 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1960 – 1970-ci illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,
1970 – 1975-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində təhsil alıb.
1980-ci ildə Azərbaycan SSR EA Geologiya İnstitutunun aspiranturasına qəbul olunub.
Əmək fəaliyyəti
1975 – 1976-cı illərdə Qazaxıstanın Çezkazçan vilayətində geoloji ekspedisiyada mühəndis-geoloq,
1976-cı ildən Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsində işləyib.
1977 – 1979-cu illərdə SSRİ EA QEOXİ İnstitutunda 2 illik stajirovka keçib.
1986 – 1992-ci illərdə Şəki Geofizika observatoriyasının geokimya laboratoriyasında baş geokimyaçı,
1992 – 1993-cü illərdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı,
1993 – 1996-cı illərdə Şəki Müəllimlərin Hazırlığı və Bərpası İnstitutunda təlimatçı vəzifəsində çalışıb.
1996-cı ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzinə baş elmi işçi və geokimya laboratoriyasının rəhbəri vəzifəsinə qəbul olunub[qeyd 1].
İkinci iş yerləri
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında dərs deyir.
Elmi fəaliyyəti
1984-cü ildə “Şərqi Qafqazın aalen çöküntülərində indikator elementlərin paylanma qanunauyğunluqları onların axtarış və onların axtarış əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1-i xaricdə olmaqla çapdan çıxmış 31 elmi əsərin müəllifidir.
Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı 7-dir.
İctimai-siyasi aktivliyi
1986 – 1989-cu illərdə Şəki Ocaq Cəmiyyətində xalq folklorunun dərman bitkiləri və vasitələrinin təbliğinə aid bölməsində fəaliyyət göstərmiş,
1989 – 1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Şəki şöbəsinin sədri olmuşdur.
Qeydlər
- ↑ 2014-cü ildən AMEA-nın yeni nizamnaməsinə uyğun olaraq, mərkəzin laboratoriyaları şöbə adlandırılmış və adlarında isə bəzi dəyişikliklər edilmişdir. Buna görə də Hüseyn Mustafabəyli vəzifəsinin adı da dəyişmişdir. O, hal-hazırda AMEA Şəki Regional Elmi Mərkəzinin landşaftşünaslıq şöbəsinin müdiri.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mustafabəyli Hüseyn // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 313-314. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Şəki REM-in fəlsəfə doktorları : Mustafabəyli Hüseyn Lütvəli oğlu : [arx. 08.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 08.10.2021.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |