Yevstafi Xusiyev
Yevstafi Xusiyev | |
---|---|
Peşəsi | keşiş (pravoslav) |
Fəaliyyət illəri | 1851 – 1868; 1875 – 1890 |
Yevstafi Nikolayeviç Xusiyev (rus.: Евстафий Николаевич Хуциев) — pravoslav kilsə xadimi, 1879-cu ildən protoiyerey (baş keşiş); 1851 – 1867-ci illərdə Nuxa Üçmüqəddəs kilsəsinin, 1874 –1889-cu illərdə Qafqaz Ordusu 39-cu piyada diviziyasının keşişi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
Ən geci 1851-ci ildən Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olub. Belə ki 1853-cü ildə çap olunmuş bir məqalədə 1851-ci il hadisələri xatırlanarkən, adı Nuxa Pravoslav kilsəsinin keşişi olaraq çəkilib[1][qeyd 1]. 1861-ci ilə aid mənbədə də həmin kilsədə keşiş olduğu qeyd edilir; bu dəfə onun adı milad bayramı münasibəti ilə mükafatlandırılmış din xadimlərinin sırasında çəkilir[2]. 1854-сü ildən 1867-ci ilədək Nuxa qəza məktəbində öz təriqəti üzrə dini dərs deyib[3][4]. 1874-cü ildən 1889-cu ilədək Qafqaz Ordusunun 39-cu piyada diviziyasında keşiş olub[5][6]. Bu dövrdə – 1879-cu ildə, protoiyerey ruhani rütbəsinə layiq görülüb[7][8].
Qeydlər[redaktə | HTML redaktə]
- ↑ Məqalənin bir hissəsi elə həmin 1853-cü ildə Xalq Maarifi Nazirliyinin jurnalında dərc olunub (Журнал Министерства народного просвещения, 1853, с. 149)
İstinadlar[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- А. С. Об удинах, обитающих в Нухинском уезде Шемахинской губернии // Кавказ. — Тифлис, 1853. — № 61. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 sentyabr 2019.
- IV. Политическия Науки // Журнал Министерства народного просвещения. — Санкт-Петербург: Типография Императорской Академии наук, 1853. — С. 149. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 sentyabr 2019.
- IV // Странник. — Духовный учено-литературный журнал. — Санктпетербург: Типография главного управления наместника кавказского, 1861. — Т. III. — С. 22.
- Уездныя: // Кавказский календарь. — Тифлис: В Типографии главного управления наместника кавказского, 1854. — С. 661.
- Уездныя училища // Кавказский календарь. — Тифлис: В Типографии главного управления наместника кавказского, 1867. — С. 24.
- Духовное управление главного священника кавказской армии. // Кавказский календарь. — Тифлис: В Типографии главного управления наместника кавказского, 1874. — С. 60.
- Духовное управление главного священника кавказской армии. // Кавказский календарь. — Тифлис: В Типографии главного управления наместника кавказского, 1889. — С. 205.
- Духовное управление главного священника кавказской армии. // Кавказский календарь. — Тифлис: В Типографии главного управления наместника кавказского, 1878. — С. 63.
- Духовное управление главного священника кавказской армии. // Кавказский календарь. — Тифлис: В Типографии главного управления наместника кавказского, 1879. — С. 71.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |