İzzət Nəbiyev
İzzət Nəbiyev | |
---|---|
Nəbiyev İzzət Əhməd oğlu | |
İzzət Nəbiyev. | |
Doğum tarixi | 26 yanvar 1923 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | yanvar 1993 | (70 yaşında)
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Neft və Kimya İnstitutu, telemexanika və elektronika kafedrası |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu (1940–1941 və 1945–1949) • V.M.Molotov adına Energetika İnstitutu, aspirantura (1951–1954) • Azərbaycan KP MK yanında “Marksizm – Leninizm Universiteti” (1977–1980) |
Atası | Əhməd Nəbiyev |
Anası | Maral Rəşid qızı Əfəndiyeva (1883−1967) |
Mükafatları |
|
İzzət Nəbiyev (1923–1993) — avtomatika və telemexanika üzrə görkəmli sovet və Azərbaycan alimi, texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı.
Haqında məlumatlar
26 yanvar 1923-cü il tarixdə Nuxada (indiki Şəki), pedaqoq ailəsində anadan olub.
Təhsili
1930 – 1940-cı illərdə Bakı şəhər 132 №-li orta məktəbində təhsil alıb.
1935 – 1940-cı illərdə Asəf Zeynallı adına Musiqi məktəbinin tar sinfində oxuyub.
1940 – 1941 və 1945 – 1949-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.
1941 – 1942-ci illərdə Hərbi Aviamühəndislər Məktəbinin kursantı olub.
1951 – 1954-cü illərdə V.M.Molotov adına Energetika İnstitutunun (Moskva) aspiranturasında,
1977 – 1980-ci illərdə Azərbaycan KP MK yanında “Marksizm – Leninizm Universiteti”ndə təhsil alıb.
Əmək fəaliyyəti
1942 – 1945-ci illərdə Xolzunov adına Kirovabad pilot aviaməktəbində aviasilahlar üzrə serjant-mexanik vəzifəsində işləyib.
1949 – 1951-ci illərdə Azneft birliyi “Stalinneft” tresti, təmir mühafizəsi üzrə mühəndis,
1954 – 1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun elektrik ölçmələri və qurğuların avtomatlaşdırılması kafedrasında assistent,
1956 – 1960-cı illərdə isə dosent olub.
1960 – 1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı vəzifəsində çalışıb.
1963 – 1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun avtomatika, telemexanika və elektronika kafedrasında dosent,
1970 – 1991-ci illərdə kafedrasının müdiri,
1991 – 1993-cü illərdə isə professor olub.
İkinci iş yerləri
1957 – 1993-cü illərdə “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunda (Sumqayıt) əvəzçiliklə işləyib.
Elmi fəaliyyəti
1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.
1956-cı ildə dosent elmi adını alıb.
1972-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
1977-ci ildə professor elmi adını alıb.
Telemexanikaya dair azərbaycan və rus dillərində dərsliklərin, 9 monoqrafiyanın, 200-ə yaxın məqalənin, 45 ixtiranın, 6 cihazın müəllifidir.
5 elmlər doktorunun, 70-dən çox elmlər namizədinin elmi rəhbəri olub.
Elmi-təşkilati aktivliyi
- SSRİ Xalq Təhsili üzrə Dövlət Komitəsi Elmi-Metodik Şurasının avtomatika və texniki sistemlərin idarəedilməsi bölməsinin sədr müavini (1974-cü ildən).
- Azərbaycan SSR üzrə Dövlət Komitəsi Elmi-Metodik Şurasının avtomatika və texniki sistemlərin idarəedilməsi bölməsinin sədri (1975-ci ildən).
- Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texniki elmlər üzrə ekspert şuraının üzvü (1991 – 1993).
Partiyalılığı
1979-cu ildən Sov.İKP-nin üzvü olub.
Təltif və mükafatları
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1946);
- SSRİ XTNS-nin “Böyük gümüş medalı” (1961);
- SSRİ XTNS-nin “Bürünc” medalı (1963, 1982);
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1966);
- SSRİ XTNS-nin “Gümüş” medalı (1969, 1987);
- SSRİ Dövlət Mükafatı (avtomatlaşdırma sistemlərinin və texniki vasitələr kompleksinin işlənməsi və Azərbaycan neft sənayesində tətbiqinə görə, – 1969);
- SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin fəxri fərmanı (Neft və kimya sahəsində elmi tədqiqatların inkişafında və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında yüksək nailiyyətlərinə görə, – 1971);
- SSRİ Nazirlər Sovetinin Qol saatı mükafatı (Böyük Vətən müharibəsində qələbənin 30 illiyi münasibəti ilə, – 1975);
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1976);
- “Azərbaycan SSR əməkdar elm və texnika xadimi” fəxri adı (1981);
- SSRİ Cihazqayırma, Avtomatlaşdırma Vasitələri və İdarəetmə Sistemləri Nazirliyinin “Cihazqayırma əlaçısı” döş nişanı (1984);
- “Əmək veteranı” medalı (1984);
- “SSRİ-nin fəxri ixtiraçısı” (rus.: «Почетный изобретатель СССР) fəxri adı (1984);
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı (1986).
Vəfatı
1993-cü ilin yanvar ayında − 70 yaşında, Bakıda vəfat edib.
Ailəsi
- Atası: Əhməd Nəbiyev Qori seminariyasının məzunu olub və 1 il Moskva Kommersiya İnstitutunda, sonra isə Peterburq Universitetində təhsil alıb. Lenin ordeni və “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı ilə təltif edilib.
- Anası: Maral Əfəndiyeva Rəşid bəy Əfəndiyevin qızı idi, Nuxada, Tərtərdə, Qarğabazarda ilk dəfə qız məktəbləri açmışdır.
Ailə fotoşəkilləri[qeyd 1]
Rəşid bəy Əfəndiyevin ailə üzvləri; soldan: 1) Mahtaban, 2) Cəmilə, 3) Məmməd Əfəndiyev, 4) Naimə, 5) Maral Əfəndiyeva. Arxada: İzzət Nəbiyev.
Xatirəsi
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində vaxtilə onun rəhbərlik etdiyi avtomatika, telemexanika kafedranın foyesində və yaşadığı binanın divarında heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanmış xatirə lövhələri vurulub.
- Bakıda bir küçəyə adı verilib.
- 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası elmi şurasının qərarı ilə həyat və fəaliyyətinə həsr olunmuş kitab çap olunub.
Qeydlər
- ↑ Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.
Ədəbiyyat
- Nəbiyev İzzət Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1983. — VII cild. — Səhifələrin sayı: 623. — Səh.: 216. — 80.000 nüsx.
- Abdullayev İ.M., Yusifov S.Y. Nəbiyev İzzət Əhməd oğlu / Azərbaycan respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Akademiyası. — Bakı: “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi, 1999. — Səh.: 68. — 300 nüsx. — ISBN 8-89600-261-x. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 noyabr 2024.
- Məmmədov Ə., Xalıqov F. Nəbiyev İzzət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 443-445. — 1.000 nüsx.
- Mete Ə. Avtomatika sahəsində görkəmli alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 274-275. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1923-cü ildə doğulanlar
- 26 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1993-cü ildə vəfat edənlər
- Yanvarda vəfat edənlər
- SSRİ dövlət mükafatı laureatları
- Azərbaycan SSR əməkdar elm və texnika xadimləri
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- XTNS gümüş medalı laureatları
- XTNS bürünc medalı laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə