Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Firidun Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Firidun Abdullayev
Abdullayev Firidun Muxtar oğlu
Firidun Abdullayev
Firidun Abdullayev.
Anadan olub 31 may 1931(1931-05-31)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 1 aprel 1987 (55 yaşında)
Vəfat etdiyi yer Leninqrad (indiki Sankt-Peterburq)
Vəfat səbəbi xərçəng
Dəfn yeri Bakı
Həyat yoldaşı Valentina
Uşaqları Rauf, Yuliya və Murad
Atası Abdullayev Muxtar Nağı oğlu
Anası Abdullayeva (Kaşiyeva) Həyat Əbülfəz qızı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Orta-ixtisas musiqi məktəbi

 • Moskva Dövlət Sirk və Estrada Sənəti Məktəbi, qiyabi
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

Firidun Abdullayev (1931–1987) — Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və Bakı Dövlət Sirkinin direktoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

Firidun Abdullayev, gənclik şəkli.

31 may 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Səkkizillik təhsildən sonra, əvvəl orta-ixtisas musiqi məktəbini, daha sonralar isə qiyabi olaraq Moskva Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Firidun Abdullayev, Sirkin direktoru olarkən, kabinetdə.

Orta-ixtisas musiqi məktəbini bitirdikdən sonra müxtəlif ansambllarda nəfəs alətlərində (saksafon, fleyta və truba) ifa edib. Bir müddət Şimali Qafqazda yaşayıb və fəaliyyət göstərib. 1965-ci ildə Bakıya qayıdıb.

1967-ci ildən Bakı Dövlət Sirkinin direktor müavini, 1969-cu ildən ömrünün sonunadək isə direktoru olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

1 aprel 1987-ci il tarixdə – 56 yaşa keçməsinə iki ay qalmış, Leninqradda (indiki Sankt-Peterburq) müalicə aldığı xəstəxanada xərçəng xəstəliyindən vəfat edib. Bakıda anasının dəfn olunduğu qəbiristanlıqda – anasının qəbrinin yanında dəfn olunub.

Ailəsi[redaktə | HTML redaktə]

Ailədə 7 qardaş və 2 bacı olublar.

1937-ci ildə – 6 yaşı olarkən, atası Muxtar Abdullayev Stalin repressiyaları nəticəsində həbs edilib və güllələnib. Anası Həyat Əbülfəz qızı Abdullayeva (Kaşiyeva) isə Sibirə sürgün olunub. Hər ikisi Stalinin ölümündən sonra – 1956-cı ildə, bəraət alıblar.

Firidun Abdullayevin özü 3 dəfə ailə qurub. Birinci həyat yoldaşı ilə Batumidə qastrolda tanış olmuşdu. Ondan Rauf adlı oğlu doğulub. Hal-hazırda Rauf Batumidə yaşayır, zabitdir. İkinci həyat yoldaşından Yuliya adlı qızı doğulub. Üçüncü həyat yoldaşı Valentina ilə isə Şimali Qafqazda tanış olmuşdu. Onunla 1965-ci ildə Bakıya gəlib. Bakıda oğlu Murad anadan olub. Murad Abdullayev hal-hazırda Böyük Moskva sirkinin tanınmış meymun təlimçisi və Rusiya Federasiyasının əməkdar artistidir və Murad Abdullayevin qızı Aydan Abdullayeva da sirkdə işləyir.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Abdullayev Firidun // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 26. — 600 nüsx. — ISBN 5-8066-1708-4.