Məmmədşərif Həmidov
Məmmədşərif Həmidov (1917–1969) — sovet dövründə Azərbaycanın tanınmış hərbçi xadimi, Azərbaycan SSR hərbi komissarı və sovet ordusunun general-mayoru. Həm də Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan KP MK üzvlüyünə namizəd idi.
Məmmədşərif Həmidov | |
---|---|
Həmidov Məmmədşərif Həbibulla oğlu | |
Məmmədşərif Həmidov. | |
Doğum tarixi | 23 fevral 1917 |
Doğum yeri | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 14 fevral 1969 (51 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili |
• Ali zabitlər məktəbi (–1945) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1960) |
Hərbi fəaliyyəti | |
Rütbə | general-mayor |
Təltifləri |
Haqqında məlumatlar
23 fevral 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1932-ci ildə Nuxada texniki-peşə məktəbini,
1945-ci ildə Ali zabitlər məktəbini,
1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Əmək fəaliyyəti
1929-cu ildən – 12 yaşından, Nuxadakı ipəksarıma fabrikində şagird peşəsində əmək fəaliyyətinə başlayıb.
1932-ci ildən V.İ.Lenin adına Nuxa İpək Kombinatında usta peşəsində,
1937 – 1940-cı illərdə isə Nuxa komsomol və partiya komitələrində müxtəlif vəzifələrdə çalışıb.
Hərbi xidmətdə
1940-cı ildən Sovet Ordusuna xidmətə çağırılıb. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olub.
1946 – 1949-cu illərdə Xaçmaz rayon hərbi komissarı,
1949 – 1956-cı illərdə Azərbaycan SSR hərbi komissarlığında şöbə rəisi,
1956 – 1960-cı illərdə Bakı şəhəri hərbi komissarı,
1960 – 1969-cu illərdə Azərbaycan SSR hərbi komissarı vəzifəsində çalışıb.
İctimai-siyasi fəaliyyəti
1939-cu ildən Sov.İKP üzvü olub.
1966-cı ildə – Azərbaycan KP-nin 27-ci qurultayında Azərbaycan KP MK üzvlüyünə namizəd,
1967-ci ildə isə 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Təltif və mükafatları
- II dərəcəli “Vətən müharibəsi” ordeni;
- “Qırmızı Ulduz” ordeni (25.01.1944);
- “Moskvanın müdafiəsinə görə” medalı (01.05.1944);
- II dərəcəli “Vətən müharibəsi” ordeni (30.11.1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945);
- “Köniqsberqin alınmasına görə” medalı (09.06.1945);
- “Döyüş xidmətlərinə görə” medalı (15.11.1950);
- “Qırmızı Ulduz” ordeni (26.10.1955).
Vəfatı
14 fevral 1969-cu il tarixdə – 51 yaşında, xidməti avtomobilinin indiki Göygöl – Gəncə avtomobil yolunda qəzaya düşməsi nəticəsində həlak olub. Birinci Fəxri xiyabanda dəfn edilib.
Xatirəsi
Həlak olduğu yerdə (indiki Göygöl – Gəncə avtomobil yolunun kənarında) xatirə abidəsi qoyulub.
Adına küçə (Bakı), məktəb (Şəki) və gəmi var.
Ədəbiyyat
- Гамидов Мамед Шариф Габибула Габибулла-оглы : Картотека награждений : [arx. 23.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.07.2021.
- Məmmədşərif Həmidov // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 196-197. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Həmidov Məmmədşərif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 230-231. — 1.000 nüsx.
- Mete Ə. General Həmidov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 432-434. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |