Şablon:13 oktyabr

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:32, 24 iyul 2022 tarixli dəyişiklik

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Səbinə Hacıyeva

13 oktyabr

  • Memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvü Səbinə Hacıyeva 13 oktyabr 1971-ci il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.

Şəkil: Səbinə Hacıyeva, 2014.



Şəbnəm Şakirli

13 oktyabr

  • Tolyatti şəhər (Rusiya Federasiyası) 5 saylı klinik xəstəxanasında həkim terapevt-kardioloqu Şəbnəm Şakirli 13 oktyabr 1991-ci il tarixdə Şəkidə anadan olub.

Şəkil: Şəbnəm Şakirli.



Məmməd Cuvarlinski

13 oktyabr

  • Azərbaycan sovet partiya və dövlət xadimi və pedaqoq Məmməd Cuvarlinski (1902–1937) 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının bağlı məhkəmə iclasında qəbul olunmuş hökmə əsasən bir gün sonra – 13 oktyabr 1937-ci il tarixdə güllələnib. O, müxtəlif illərdə Azərbaycan SSR Maarif komissarı, Azərbaycan KP Nuxa şəhər Komitəsinin məsul katibi və s. digər məsul vəzifələrdə çalışmışdır.

Şəkil: Məmməd Cuvarlinski.



Qüdrət Əbdülsəlimzadə

13 oktyabr

  • İqtisad elmləri doktoru, Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru Qüdrət Əbdülsəlimzadə (1933–2016) 13 oktyabr 2016-cı il tarixdə Bakı Biznes Universitetində dərs zamanı – 83 yaşında, auditoriyada vəfat edib. O, 1992–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin, 1990-cı ilin 20 yanvar hadisələrində İctimai Dəfn Komissiyasının sədri olmuşdur.

Şəkil: Qüdrət Əbdülsəlimzadə, 2015-ci il.



Sakit İsmayılov

13 oktyabr

  • Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Sakit İsmayılov (1985–2020) Vətən müharibəsində – 13 oktyabr 2020-ci il tarixdə 35 yaşında Ağdərə istiqamətində gedən döyüşdə şəhid olub.

Şəkil: Sakit İsmayılov.



Vasim Məmmədəliyev

13 oktyabr

  • Tanınmış şərqşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev (1942–2019) 13 oktyabr 2019-cu il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Bakıda – II Fəxri Xiyabanda dəfn olunub.

Şəkil: Vasim Məmmədəliyev 2011-ci il.



13 oktyabr

  • Azərbaycan sovet partiya və dövlət xadimi İbrahim Tağıyev (1894–1937) 1937-ci ildə Stalin repressiyasına məruz qalmış və 13 oktyabr 1937-ci il tarixdə güllələnmişdir.

Şəkil: İşi SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiya Məhkəməsində olan şəxslərin siyahısında İbrahim Tağıyevin adı olan hissə, 3 oktyabr 1937-ci il.




<<əvvəlki gün 13 oktyabr sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 9  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)