Nəsib Əbdürrəhmanov
Nəsib Əbdürrəhmanov (1913–1976) — Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Xəstəxanasının baş həkiminin müavini.
Nəsib Əbdürrəhmanov | |
---|---|
Əbdürrəhmanov Nəsib Yusif oğlu | |
Nəsib Əbdürrəhmanov. | |
Digər adları | Nəsib Abdurrahmanov, Nəsib Abdurəhmanov, Nəsib doktor |
Anadan olub | 24 oktyabr 1913 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 23 sentyabr 1976 (62 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | ürək xəstəliyi |
Həyat yoldaşı | Səadət Abidova |
Uşaqları | Yusif, İradə və Sədaqət |
Təhsili | Azərbaycan Tibb İnstitutu (1934–1939) |
Mükafatları |
|
Haqqında məlumatlar
24 oktyabr 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1916-cı ildə atası,
1917-ci ildə anası vəfat edib. Bundan sonra əmisi oğlunun himayəsində böyüyüb.
Təhsili
1934 – 1939-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə
1939-cu ildə hərbi xidmətə çağırılıb. Böyük Vətən müharibəsində iştirak edib və bir neçə dəfə yaralanıb. 1943-cü ildə 3-cü dərəcəli hərbi həkim, 1944-cü ildən isə tibb xidməti kapitanı hərbi rütbəsinə malik idi. Biz orden və bir neçə medalla təltif olunub.
28 dekabr 1945-ci il tarixdə ordudan tərxis edilib.
Əmək fəaliyyəti
On yaşında çəkməçi yanında şagird durub.
1926 – 1928-ci illərdə ipək fabrikində fəhlə işləyib. Sonra bənnalıq kursunu keçib və bənnalıq edib.
1939-cu ildə qısa müddət əvvəl Nuxa şəhər poliklinikasında, sonra isə Nuxa rayonunun Baş Göynük kəndindəki sahə xəstəxanasında,
1946-cı ildən Nuxa rayon mərkəzi xəstəxanasının əvvəlcə yoluxucu xəstəliklər, sonra daxili xəstəliklər şöbəsində həkim işləyib.
1953 – 1957-ci illərdə Nuxa rayon mərkəzi xəstəxanasının daxili xəstəliklər şöbəsinin və Şəki şəhər səhiyyə şöbəsinin müdiri olub.
1957-ci ildən ömrünün sonuna qədər Nuxa/Şəki şəhər mərkəzi xəstəxanasında baş həkiminin müavini vəzifəsində çalışıb.
İctimai-siyasi fəaliyyəti
IV (1953), V (1955), VI (1957), VII (1959), VIII (1961) və IX (1963) çağırış Nuxa şəhər Sovetinin deputatı olub.
Təltif və mükafatları
- “Döyüş xidmətlərinə görə” medalı (12.03.1943);
- “Qırmızı Ulduz” ordeni (20.10.1944);
- “Moskvanın müdafiəsinə görə” medalı (23.12.1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945);
- “Köniqsberqin alınmasına görə” medalı (09.06.1945);
- “Səhiyyə əlaçısı” döş nişanı;
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı;
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (29.07.1964).
Vəfatı
23 sentyabr 1976-cı il tarixdə – 62 yaşında, Şəkidə ürək tutmasından vəfat edib.
Ailəsi
Həyat yoldaşı Səadət Abidova uzun illər Şəki mərkəzi xəstəxanasında laboratoriya müdiri olub. Oğlu Yusif həmin xəstəxanada cərrah, bir qızı İradə ginekoloq, digər qızı Sədaqət isə Bakıdakı xəstəxanalardan birində terapevt işləyib.
Ədəbiyyat
- Абдурахманов Насиб Юсупович : [arx. 28.01.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 28.01.2023.
- Абдурахманов Насиб Юсубович : [arx. 28.01.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 28.01.2023.
- FƏXRİ FƏRMANLA TƏLTİF EDİLMİŞLƏR = ФӘХРИ ФӘРМАНЛА ТӘЛТИФ ЕДИЛМИШЛӘР // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1964. — В. 7 noyabr. — № 132 (429). — Səh. 3.
- Mete Ə. Karvan yol gedir // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 344-345. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Nəsib // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 33-34. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |