Məhyəddin Abbasov

Mammadov2 (Müzakirə | töhfələr) (50068 dəyişikliyi Aydinsalis (Müzakirə) tərəfindən geri qaytarıldı.) tərəfindən edilmiş 00:44, 17 aprel 2023 tarixli dəyişiklik

Məhyəddin Abbasov (1910–1974) — tanınmış jurnalist, pedaqoq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, “Şəki fəhləsi” qəzetinin sabiq redaktoru.

Məhyəddin Abbasov
Abbasov Məhyəddin Paşa oğlu
Məhyəddin Abbasov
Məhyəddin Abbasov.
Anadan olub 15 fevral 1910(1910-02-15)[1]
Anadan olduğu yer Dodu, Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 28 dekabr 1974 (64 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Nizami Abbasov, İlham Abbasov, İftixar Abbasov, Bakıxan Abbasov, Elxan Abbasov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İxtisası pedaqoq
Təhsili Azərbaycan Pedaqoji İnstitutu (1927–)
Mükafatları

"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

"İgidliyə görə" medalı — 1951"Qırmızı Əmək Bayrağı" ordeniII dərəcəli "Vətən Müharibəsi" ordeni — 1968

Haqqında məlumatlar

15 fevral 1910-cu il tarixdə Nuxa (indiki Şəki) şəhərinin Dodu hissəsində[1] – 18-ci rayonda, fəhlə ailəsində anadan olub.

Kiçik yaşlarından valideynlərini itirib.

Təhsili

1927-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olub.

Əmək fəaliyyəti

Nuxadakı 1 №-li fabrikdə baramaaçan peşəsində əmək fəaliyyətinə başlayıb.

1928-ci ildən “Şəki fəhləsi” qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində çalışıb.

1931-ci ildən, əvvəl Nuxadakı müxtəlif orta məktəblərində, sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyib.

1944-cü ildə “Nuxa fəhləsi” qəzetinin şöbə müdiri,

1945-ci ildən 1974-cü ilin 28 aprel tarixinədək redaktoru olub.

İkinci iş yeri

1974-cü ilədək Şəki şəhər Maksim Qorki adına 10 №-li orta məktəbdə fizika fənnindən dərs deyib.

Hərbi xidmətdə

8 yanvar 1939-cu il tarixdə Nuxa Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib[2]. Böyük Vətən müharibəsi iştirakçısıdır. Hərbi xidmətinin sonunda leytenant hərbi rütbəsini daşıyırdı.

17 iyun 1944-cü il tarixdə mərmi qəlpəsi ilə ağır yaralanıb (sol qolunu itirib).

2 noyabr 1944-cü il tarixdə ordudan tərxis edilib[2].

1968-ci ildə baş leytenant hərbi rütbəsinə malik idi[3].

Digər

Məqalə, oçerk, felyeton və məktubları yerli və respublika mətbuatında «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə dərc olunub.

Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması da ilk dəfə “Nuxa fəhləsi”ndə — onun redaktorluğu dövründə çap edilib.

1948 — 1973-cü illərdə 13 çağırış rayon, yaxud şəhər sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

28 dekabr 1974-cü il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib. Dəfnindən əvvəl, cənazəsi Şəki şəhər sovetinin iclas zalına qoyulmuş və mərhumla izdihamlı vida mərasimi təşkil olunmuşdur.

Qeydlər

Ədəbiyyat

  1. Аббасов Мехяддин Баша-оглы : [arx. 17.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.01.2022.
  2. Абасов Мехядин Паша : [arx. 17.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.01.2022. — Sitat: «17 Jan 2022».
  3. Аббасов Мехядин Паша-оглы : [arx. 17.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.01.2022.
  4. Аббасов Мехядин Паша-оглы : [arx. 17.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.01.2022.

Ədəbiyyat

  1. Məhyəddin Paşa oğlu Abbasov (nekroloq) // Ənvər Mikayılzadə (redaktor) Şəki fəhləsi : qəzet. — Nuxa: Şəki mətbəəsi, 1974. — В. 31 dekabr. — № 154 (8.194). — Səh. 4.
  2. Abbasov E. Atam Məhyəddin Abbasovu düşünərkən (azərb.) // İpəkçi : qəzet / Aydın Məmmədov. — Şəki: “Azərbaycan” nəşriyyatı, 7 mart 2013-cü il. — № 1 (2287). — Səh. 4.
  3. Orsər R. Məhyəddin Abbasov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 221-223. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.