Hidayət Cəfərov
Hidayət Cəfərov — texnika elmləri namizədi, dosent, Şəkixanovlar nəslinin nümayəndəsi.
Hidayət Cəfərov | |
---|---|
Cəfərov Hidayət Cəfər oğlu | |
Hidayət Cəfərov. | |
Doğum tarixi | 15 iyun 1953 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu (1969–1974) • “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutu, aspirantura (1977–1980) |
Atası | Cəfər Bəhram ağa oğlu Şəkixanov |
Anası | Zeynəb Məmməd qızı Kərimova |
Elmi rəhbəri | professor Əbdülrza Əbilov |
facebook səhifəsi |
Haqqında məlumatlarRedaktə
15 iyun 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1969-cu ildə Şəki şəhər 10 №-li orta məktəbini bitirib.
1969 – 1974-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda,
1977 – 1980-cı illərdə “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyətiRedaktə
1987-ci ildə professor Əbdülrza Əbilovun rəhbərliyi altında Azərbaycan Neft və Kimya İnstitutunun texnoloji proseslərin (istehsalatın) avtomatlaşdırılması Elmi Şurasında “Termiki krekinq prosesinin identifikasiyası və idarəetmə sistemlərinin sintezi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
19 məqalənin, 3 ixtiranın, 3 dərs vəsaitinin müəllifidir.
Əmək fəaliyyətiRedaktə
1974-cü ildə təyinatla “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) Bakı filialına işləməyə göndərilib; o cümlədən,
1974 – 1987-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi,
1987 – 1992-ci illərdə əvvəl böyük elmi işçi, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb.
1989-cu ildən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyib; o cümlədən,
1989 – 1992-ci illərdə müəllim,
1992 – 2019-cu illərdə isə dosent vəzifəsini tutub.
2019-cu ildən əmək təqaüdündədir.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Cəfərov Hidayət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 96-97. — 1.000 nüsx.
Həmçinin, bax:Redaktə
Şəkixanovlərin nəsil şəcərəsiRedaktə
Fətəli xan Məhəmmədhüseyn xan oğlu | Xurşid xanım (qubalı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kərim ağanın arvadı (Mollazədələrdən) | Kərim ağa Şəkixanov | Kərim ağanın arvadı (öz qulluqçusu) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əbdülhəmid ağa | Mustafa ağa Şəkixanov | İsmayıl ağa | Cəfər ağa | Məmməd ağa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fatma | Hüseyn ağa | Mahiyə Kərim ağa qızı Şəkixanova | Bəhram ağa | Əşrəf aga, Hidayət aga, Əbülfət ağa, Telli və Güllü | Balacaxanım | İsmayıl Alıcanbəyov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əli (Fətəli) xan, Hacı xan, Cəmil xan | Cəfər Cəfərov | Zeynəb | Qönçə Qazıyeva | Lütfiyyə Mustafayeva | Veysəl Mustafayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dilşad | Elşad (qadın) | Məmləkət | Bəhram | Əşrəf | Hidayət | Rahilə | Əbülfət | Rauf və Fərid | Həmid və Namiq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |