Fərhad Əzizov — biologiya elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, Şəki “Sahibkarlar Assosiasiyası”nın təsisçisi və prezidenti.

Fərhad Əzizov
Əzizov Fərhad Şirin oğlu
Fərhad Əzizov
Fərhad Əzizov, 4 dekabr 2023-cü il.
Doğum tarixi 8 dekabr 1946 (1946-12-08) (77 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi (elmi işlər üzrə direktor müavini)
Elmi dərəcəsi biologiya elmləri namizədi
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (1964–1969)

 • Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutu, aspirantura (1976–1980)
Həyat yoldaşı Şərafət Əliyeva-Əzizova
Evladı Anar Əzizsoy

Haqqında məlumatlarRedaktə

8 dekabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1947 – 1957-ci illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində,

1964 – 1969-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində,

1976 – 1980-cı illərdə Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1969 – 1970-ci illərdə Sumqayıt Kimya zavodunda aparatçı,

1970 – 1974-cü illərdə “Neft Kimya Avtomat” Elmi-Tədqiqat Layihə İnstitutunda mühəndis vəzifəsində işləyib.

1974-cü ildə Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsinə qəbul edilib.

1989 – 2014-cü illər ərzində Azərbaycan SSR EA/AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasında böyük elmi işçi vəzifəsində çalışıb.

2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavinidir.

Pedaqoji fəaliyyətiRedaktə

2002 – 2006-cı illərdə Şəki Pedaqoji TexnikumundaŞəki Musiqi Texnikumunda ümumi biologiya fənnindən dərs deyib.

Elmi fəaliyyətiRedaktə

1983-cü ildə Daşkənddə Özbəkistan SSR EA Bioüzvi Kimya İnstitutunun Elmi Şurasında dissertasiya işini müdafiə edib və biologiya elmləri namizədi elmi dərəcəsini alıb.

16-sı xaricdə olmaqla, çapdan çıxmış 31 elmi əsərin, o cümlədən, 4 müəlliflik şəhadətnaməsinin və 1 patentin müəllifidir.

DigərRedaktə

2001-ci ildə “Bioflor” Ekoloyi Tərbiyə İctimai Birliyini,

2002-ci ildə “Şəki Sənətkarlar Assosiasiyası”nı,

2003-cü ildə Şəki “Ailə Turizm Assosiasiyası”nı,

2004-cü ildə Şəki “Sahibkarlar Assosiasiyası”nı təsis edib.

Təltif və mükafatlarıRedaktə

  • AMEA həmkarlar təşkilatının fəxri fərmanı (2016).

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əzizov Fərhad // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 131-133. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Şəki REM-in fəlsəfə doktorları : Əzizov Fərhad Şirin oğlu : [arx. 14.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 17.09.2021.
  3. Direktor müavini Əzizov Fərhad Şirin oğlu : Fərhad Şirin oğlu Əzizov : [arx. 30 Jun 2017 - 6 Feb 2019] // Azərbaycan milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 17.09.2021.