Aslan Rüstəmov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 07:43, 15 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aslan Rüstəmov
Rüstəmov Aslan Mahmud oğlu
Aslan Rüstəmov
Aslan Rüstəmov
Doğum tarixi 23 sentyabr 1932 (1932-09-23) (92 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq məktəbi (1948 – ); Moskva Ali Rəssamlıq-Sənaye Məktəbi (keçmiş Stroqanovski) (1953 – 1960)

Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında tökülmüş 24 müxtəlif xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifidir.

Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir.

Azərbaycan Xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – MahmudTeymur Rüstəmovların isə atasıdır.

Həyatı

23 sentyabr 1932-ci il tarixdə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan Bakıya köçmüşdülər.

Orta məktəbi bitirdikdən sonra əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində (1948 – ), sonra isə Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində (1953 – 1960) təhsil alıb.

1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ilədək iki fərdi yaradıcılıq sərgisi keçirilib.

Yaradıcılığı

Heykəltəraşlıq işləri

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi

Bəhram Gurun heykəli (Bakı)
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifləri − Aslan Rüstəmov və Albert Mustafayev (Şəki, 2014)

Aslan Rüstəmov hələ 1960-cı ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, həmin vaxt SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyan Albert Mustafayev və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə “Bəhram Gur əjdahanı öldürür” adlı bir fontan-kompozisiyası hazırlayıb Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etmişdilər. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənmiş, onu bürüncdən tökdürərək Bakının ən görməli yerlərindən birində ucaltdırmışdır.

Digər heykəltəraşlıq işləri

  • Şamaxıda Seyid Əzim Şirvaninin mərmərdən yonulmuş qəbirüstü abidəsi;
  • Rusiyanın Ulyanovsk şəhərində Nəriman Nərimanovun qırmızı mərmərdən heykəli;

Oğlu Mahmud və Teymur Rüstəmovlar ilə birlikdə

  • Bakıda: Ukrayna dairəsində Heydər Əliyevin heykəli, Xocalı faciəsini təcəssüm etdirən “Ana harayı” abidəsi, Vasif Adıgözəlovun heykəli;
  • Şəkidə: Sabit Rəhmanın büstü, Rəşid bəy Əfəndiyevin ev muzeyində Rəşid bəy Əfəndiyevin büstü.

Digər heykəltəraşlıq işlərinin fotoşəkilləri

Medalyer fəaliyyəti

1958-ci ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, əvvəlcə Məhəmməd Füzuliyə həsr olunmuş medal üzərində işləyib. Onun Leninqrad Zərbxanasında tuncdan tökülmüş ilk işi Əhməd Salikovla birgə 1965-ci ildə hazırladığı Müslim Maqomayevin 80 illiyinə həsr olunmuş xatirə medalıdır. 1977-ci ildə Budapeştdə keçirilən Ümumdünya medalyer sərgisində Əcəmi Naxçıvaniyə həsr olunmuş medalı nümayiş etdirilmiş və beynəlxalq kataloqa salınmışdır. 1979-cu ildə Macarıstanın Neyhauzel şəhərində keçirilən simpoziumda isə hazırladığı on medal sərgidə nümayiş etdirilmişdir. Bu medallardan ikisi həmin şəhərin muzeyi tərəfindən, “Nizami” medalı isə Moskva Dövlət Tarix Muzeyi tərəfindən satın alınmış və həmişəlik olaraq həmin müzeylərin daimi ekspozisiyaya daxil edilmişdir.

Hazırladığı medalların fotoşəkilləri

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə Şablon:Seçilmiş məqalə