Namiq Əhmədov
Namiq Əhmədov | |
---|---|
Əhmədov Namiq Abduləvvəl oğlu | |
Namiq Əhmədov. | |
Doğum tarixi | 23 iyun 1949 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
İş yeri | Bakı Dövlət Universiteti, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu, nəzəri fizika şöbəsi (baş elmi işçi) |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971) S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura və SSRİ EA Bioüzvü Kimya İnstitutu, aspirantura (1972–1975). |
Mükafatları |
Namiq Əhmədov — fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsinin baş elmi işçisi.
Haqqında məlumatlar
23 iyun 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1956 – 1966-cı illərdə Nuxa şəhər 12 saylı orta məktəbində,
1966 – 1971-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində,
1972 – 1975-ci illərdə isə əvvəl S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, sonra isə SSRİ EA Bioüzvü Kimya İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
1976-cı ildə “Oliqopeptidlərin nəzəri konformasiya analizi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1984-cü ildə molekulyar biologiya ixtisası üzrə dosent elmi adını alıb.
1991-ci ildə “Peptid hormonların quruluş-funksiya təşkili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2007-cu ildə biofizika ixtisası üzrə professor elmi adını alıb.
260-dan çox elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
1971 – 1972-ci illərdə təyinatla Azərbaycan SSR EA Fizika İnstitutunda işləyib.
1975-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyir; o cümlədən,
1975 – 1978-ci illərdə universitetin molekulyar biofizika elmi-tədqiqat laboratoriyasında mühəndis,
1978 – 1994-cı illərdə böyük elmi işçi vəzifəsini tutmuş,
2006-ci ildən isə universitetin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsində baş elmi işçi olmuşdur.
İkinci iş yerləri
1976-cı ildən Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Təltif və mükafatları
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əhmədov Namiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 197-198. — 1.000 nüsx.
- "Namiq Abduləvvəl oğlu Əhmədov". http://ipp.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti. 7 Jul 2011 – 28 Jan 2020 tarixində arxivləşdirilib.
- Əhmədov Namiq Abduləvvəl oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 267. — ISBN 978-9952-441-13-0.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 23 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1949-cu ildə doğulanlar
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə