Şəki xanları və onların nəsilləri

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:30, 8 may 2022 tarixli redaktə
Şəki xanları və onların nəsilləri
Dər bəyani əhvalat və silsileyi xəvanin-i səlefi Şeki
1930-cu ildə çap olunmuş “Şəki xanları və onların nəsilləri” kitabçasının üz qabığı.
1930-cu ildə çap olunmuş “Şəki xanları və onların nəsilləri” kitabçasının üz qabığı.
Müəllif Hacı Seyid Əbdülhəmid
Orijinalın dili azərbaycanca və rusca
Ölkə Azərbaycan
Şəhər Bakı
İl 1930
Tərcüməçi Abdulla Sübhanverdixanov
Nəşriyyat Qızıl Şərq
Nəşr Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu
Tiraj 1000
elektron versiyası

“Şəki xanları və onların nəsilləri” (“Dər bəyani əhvalat və silsileyi xəvanin-i səlefi Şeki”) — 1930-cu ildə Bakıda “Qızıl Şərq” nəşriyyatında 1000 tirajla çap olunmuş 24 səhifəlik kitabça. Kitabça Hacı Seyid Əbdülhəmid tərəfindən ən tezi 1869-cu ildən sonra, ən geci 1878-ci ilədək qələmə alınmış olan və əlyazma nüsxəsi 1909-cu ildə Salman Mümtaz tərəfindən Nuxada (indiki Şəki) Hacı Yaqub əfəndi Əfəndizadənin kitabxanasında aşkar edilən Şəki xanlarının tarixinə dair əsərdən, Əziz Ubeyduylin tərəfindən qələmə alınmış bir səhifəlik “Müqəddimə”dən, Salman Mümtazın yazdığı bir səhifəlik “Bir neçə söz”dən və bunların rusca tərcümələrindən, həmçinin, əlavə olaraq Nadir şahın 3 fərmanının fotoşəklinin surətindən və həmin fərmanların rusca müxtəsər tərcümələrindən ibarətdir. Bu Hacı Seyid Əbdülhəmidin eyniadlı əsərinin ilk nəşridir və hələlik sonuncu tək nəşridir. Daha sonra isə həmin əsər növbəti dəfə 1958-ci ildə Kərim ağa ŞəkixanovunŞəki xanlarının müxtəsər tarixi” ilə birlikdə “Şəki xanlığının tarixindən” adlı kitabçada çap olunmuşdur.

Ədəbiyyat

  1. Redaktordan // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 8-9.