Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Qaqik

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:23, 10 sentyabr 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Qaqik
Şəki-Kaxeti hökmdarı
(ranların və kaxların çarı[2])
ən geci 1037/1038-ci il — 1058[1]
Sələfi Böyük Kvirike
Xələfi I Axsartan
Varisi I Axsartan
Şəxsi məlumatlar
Vəfat tarixi 1058[1]
Dini xristian
Atası David
Anası Zolakertel
Uşağı I Axsartan

Qaqik (gürc. გაგიკი), yaxud Qaki[1] (?–+1046) — Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1037/1038-ci, sonuncu dəfə isə 1046-ci ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi səhvən, Böyük Kvirikenin 1039-cu ildə öldüyünü və həmin ildə də Qaqikin hakimiyyətə gəldiyini göstərir[1]. Lakin əslində Böyük Kvirike Tiflisin 1037/1038-ci il mühasirəsi zamanı artıq həyatda yox idi. Vaxuşti Baqrationiyə görə Qaqik 1058-ci ilə qədər – ömrünün sonuna qədər hakimiyyətdə olmuşdur[1].

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

Xirsa monastırının divarındakı relyef xaçı; müasir erməni tarixçisi Hamlet Mkrtumyana görə relyef xaçının sol qanadında, iki sətrlik gürcü dilində yazının tərcüməsi belədir: “Ya İsa, çar Qaqiki şöhrətləndir![3].
Tibaani (Xirsa) kəndindəki Xirsa monastırı. Müasir Kaxeti (Gürcüstan) xəritəsində Xirsa monastırının yeri

Böyük Kvirikenin övladı olmadığı üçün onun ölümündən sonra hakimiyyətə bacısı oğlu Qaqik keçdi. Böyük Kvirikenin başqa bacısının əri Aşot Marileli – Alazan çayının mənbəyi yaxınlığında yerləşən Marelisi qalasının sahibi də hakimiyyətə iddialı idi[4].

Yuxarıda qeyd edilən Tiflisin 1037/38-ci il mühasirəsi isə “Kartli salnaməsi”nə görə Kürün sağ sahili tərəfdən gürcü çarı IV Baqratın(ru) (1027—1072), solsahildən – İsani qalası tərəfdən, Kaxeti çarı Qaqikin “kaxetilərin və heretilərin” ordusu ilə şəhərə yaxınlaşması ilə başlamış və iki il davam etmişdir. Sonda IV Baqrat Tiflis hakimi Cəfər ibn Əli ilə sülh bağlamış, bundan sonra bəzi Kaxeti əyanlarını, o cümlədən hakimiyyətə iddialı olan Aşot Marilelini də öz tərəfinə çəkərək Kaxetiyə hücum etmişdir. Mikel və Qabriel dağında baş vermiş toqquşmada IV Baqrat qalib gəlir, Tianetiyə qədər irəliləyir, burada Böyük Kvirikenin tikdirdiyi məşhur Bodoci sarayını yandırır. Lakin öz ölkəsində Kldekari eristavı Liparitin (1021—1059) qiyamından ehtiyatlanaraq geri dönməyə məcbur olur[5]. Bundan sonra IV Baqrat Liparita qarşı illərlə mübarizə aparmış, Qaqik isə canlı qüvvə sarıdan Liparita köməyini əsirgəməmişdir.

1046-cı ildə Tiflis əmiri Cəfər ibn Əlinin ölümündən sonra sağsahil Tiflis əhalisi şəhərin bu hissəsini IV Baqrata döyüşsüz təslim etdi. Sol sahildəki İsani qalası müdafiəçiləri isə Kür çayı üzərindəki körpünü dağıdaraq IV Baqratı şəhərin bu hissəsinə buraxmadılar. Bu zaman Qaqik İsani qalasının müdafiəçilərinin köməyinə gəldi və IV Baqratla danışıqlara gedərək qalanın onun əlinə keçməsinə imkan vermədi[6].

“Tarix-i əl-Bab”da 1049-cu il hadisələrindən bəhs edilərkən Şəddadilər dövləti ərazisində “kafirlərə” qarşı tikilmiş sərhəd qalalarının adları bir-bir sadalanır və onlardan üçünün – Tatiyan, Muckank və al-Baydau qalasının təyinatının məhz Şəki hakimlərindən gözlənilən təhlükənin qarşını almaq olduğu qeyd olunur. Daha sonra göstərilir ki, 1053-cü ildə Şəddadi hakimi Əbüləsvar Şavur (1022–1067) gürcülərin hansısa “Bəsrə” adlanan qalasını tutmuş, qalanı “adamlarla, ərzaqla və silahla gücləndirmişdir”[7]. Eyni ildə Şirvanşah Sallar ibn Yəzid (1050 — 1063) isə Şəki ilə Şirvan arasına yerləşən “Maluq”, yaxud “Baluq” adlı qalanı silah gücünə tutmuş, orada qarnizon, silah və ərzaq yerləşdirərək qalanın müdafiə qabiliyyətini gücləndirmiş, əlavə olaraq qalanın yaxınlığında qala kimi bir şəhər də saldırmış və həmin şəhəri məskunlaşdıraraq orada Cümə məscidi tikdirmişdir[8]. Maluq qalası kimi Bəsrə qalasının da Şəki ərazisində olması ehtimal edilir və bu nöqteyi-nəzərdən 1053-cü ildə Şirvanşah Sallar ibn Yəzid ilə Şəddadi Əbüləsvar Şavurun eyni vaxtda Şəkiyə hücum etmələri inandırıcı görünür.

Nümuzmatikada Qaqiqik adı olan sikkələr məlumdur. Bu sikkələrinin bir üzündə ad və titullar gürcü əlifbası ilə, o biri üzündə isə ərəb əlifbası ilə həkk olunmuşdur[9].

Müasir tədqiqatçılardan Şirinbəy Hacıəli hesab edir ki:

" Böyük Kvirikenin çarlığı dövründə olduğu kimi, onun varisi çar Qağikin hakimiyyəti zamanı da Şəki (Hereti-Kaxeti) çarlığı regionda qüdrətli dövlətlərdən biri olaraq qalırd[10]. Qağik hakimiyyətinin sonunadək (1058-ci il) ölkəsinin istiqlaliyyətini və qüdrətini qoruyub saxlaya bildi[11]. "

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). — Тбилиси: Мацниереба, 1982.
  2. Вахушти Багратиони. История царства Грузинского / Перевел, снабдил предисловием, словарями и указателем Н. Т. Накашидзе. — Тбилиси: Мецниереба, 1976.
  3. Картлис Цховреба / Главный редактор академик Роин Метревели. — Тбилиси: Артануджи, 2008.
  4. Ахмед ибн Лютфуллах (Мунадджим-Баши) "Джами ад-Дувал"; Ибн ал-Азрака ал-Фарики из "Истории Майяфарикина" (rus.) // Перевод с арабского Мамедова А. Дж. Труды института истории. — Баку, 1957.
  5. Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. — 1.000 nüsx.
  6. Минорский В. Ф. История Ширвана и Дербенда X-XI веков. — М.: Издательство восточной литературы, 1963. — 296 с.
  7. Мкртумян Г. Царство Кахети-Эрети и армяно-грузинские отношения (XI в.—начало XII в.). (rus.) // Լրաբեր Հասարակական Գիտությունների : Ист.-филол. журн.. — Bakı, 1981. — С. 95-105. — ISSN 0320-8117.
  8. Акопян А.В. Язык и письмо монет христианско-мусульманского пограничья Кавказа IX-XIII вв. (rus.) : Материалы конференции. — Москва, 2016.

Həmçinin, bax:[redaktə | HTML redaktə]