Əbdürəhman Abdullayev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Əbdürəhman Abdullayev
Abdullayev Əbdürəhman Məmməd oğlu
Əbdürəhman Abdullayev
Əbdürəhman Abdullayev, 1976-cı il.
Doğum tarixi 17 noyabr 1914(1914-11-17)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 9 iyul 1997 (82 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri namizədi
Təhsili

Nuxa Pedaqoji Məktəbi (1930–1933)

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1937–1941)
Evladları Arif Abdullazadə, Sədaqət Qasımlı
Mükafatları

"Qırmızı Əmək Bayrağı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı"Əmək veteranı" medalı

"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

Əbdürəhman Abdullayev (1914–1997) — tanınmış ədəbiyyatşünas, filologiya elmləri namizədi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.

Haqqında məlumatlar

17 noyabr 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1930 – 1933-cü illərdə Nuxa Pedaqoji Məktəbində,

1937 – 1941-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (qiyabi) təhsil alıb.

Əmək fəaliyyəti

1933 – 1937-ci illərdə Nuxa rayonunun Bideyiz kənd məktəbində müəllim,

1937 – 1941-ci illərdə Nuxa 11 №-li orta məktəbdə dərs hissə müdiri, 12 saylı məktəbdə direktor,

1941 – 1944-cü illərdə Nuxa rayon Maarif Şöbəsinin müfəttişi və Pedaqoji kabinənin müdiri,

1944 – 1945-ci illərdə Nuxa şəhər Maarif Şöbəsinin müdiri, Azərbaycan SSR Maarif Nazirliyi ibtidai orta məktəblər idarəsinin baş müfəttişi,

1945 – 1947-ci illərdə Nuxada Ümumittifaq əhəmiyyətli Məktəbyaşlı Oğlanlar Evinin direktoru,

1947 – 1950-ci illərdə Azərbaycan KP Şəki şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,

1950 – 1957-ci illərdə Azərbaycan siyasi və elmi bilikləri yayan “Bilik” cəmiyyətin Nuxa rayonlararası şöbəsinin məsul katibi,

1957 – 1961-ci illərdə Azərbaycan KP Şəki şəhər Komitəsinin katibi,

1961 – 1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasında kadrlar şöbəsinin rəisi və işlər idarəsinin müdiri,

1970-cı ildən Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Muzeyində məktəblər şöbəsinin müdiri vəzifəsində işləyib.

İctimai-siyasi fəaliyyəti

1948-ci ildə və 1950-ci ildə Nuxa şəhər Sovetinə deputat seçilib.

Elmi fəaliyyəti

Rəşid bəy Əfəndiyevin həyatı və yaradıcılığı haqqında “Görkəmli maarifçi və demokrat yazıçı” (Azərnəşr Elm nəşriyyatı, 1960), “Rəşid bəy Əfəndiyevin dram əsərləri” (Azərnəşr, 1961) və “Maarif pərvanəsi” (Azərbaycan Maarif nəşriyyatı, 1982) kitabları çap olunub, digər mövzularda 40-dan artıq elmi məqalənin müəllifidir. “XVIII-XIX əsr Şəki şairləri” kitabı isə ölümündən sonra – 2020-ci ildə çap olunub.

Təltif və mükafatları

Vəfatı

9 iyul 1997-ci il tarixdə – 82 yaşında, Şəkidə vəfat edib.

Xatirəsi

1999-cü ildə Şəki şəhər 21 saylı tam orta məktəbinə adı verilib.

Ədəbiyyat

  1. Nuxa şəhər Sovetinə seçilmiş deputatlar = Нуха шәһәр Советинә сечилмиш депутатлар // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 18 yanvar. — № 8 (4.067). — Səh. 1.
  2. Məmmədov Ə., Xalıqov F. Abdullayev Əbdürəhman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 19-20. — 1.000 nüsx.

Həmçinin, bax: