Məmməd Hacıyev
Məmməd Hacıyev | |
---|---|
Hacıyev Məmməd Cəbrayıl oğlu | |
Məmməd Hacıyev. | |
Anadan olub | 8 may 1890 | (26 aprel)
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 17 aprel 1954 (63 yaşında) |
Vəfat etdiyi yer | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | Rusiya İmperiyası→ SSRİ |
Təhsili | Novorossiya Universiteti (Odessa), tibb fakültəsi (1911–1916) |
Mükafatları |
Əmək qəhrəmanı |
Məmməd Hacıyev (1890–1954) — tanınmış həkim, Əmək qəhrəmanı, Azərbaycan SSR əməkdar həkimi, Nuxa (indiki Şəki) şəhər xəstəxanasının baş həkimi.
Haqqında məlumatlar
8 may (26 aprel) 1890-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1903 – 1911-ci illərdə Kerç Aleksandr gimnaziyasında,
1911 – 1916-cı illərdə isə Novorossiya Universitetinin (Odessa) tibb fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1916 – 1920-cı illərdə əvvəl Simferopolda dənizçilər arasında, sonra iki ay Odessadakı poliklinikalardan birində həkim, daha sonra Kerç şəhər xəstəxananda baş həkim,
1920 – 1922-ci illərdə Bakıda Lenin adına fabrikdə,
1922 – 1924-cü illərdə Nuxadakı müalicə müəssisələrində həkim,
1924 – 1954-cü illərdə isə Nuxa şəhər xəstəxanasında[1] baş həkim işləyib.
Hərbi rütbəsi
SSRİ Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti mayoru idi[2].
Digər
1940-cı ildə Nuxa şəhər sovetinin deputatı seçilib (partiyasız), ən yaşlı deputat olaraq şəhər sovetinin birinci sesiyasını açıb, giriş nitqi ilə çıxış edib və şəhər sovetinin icraiyyə komitəsinin heyətinə seçilib.
1940, 1948, 1951 və 1953-cü illərdə – müvafiq olaraq, I – IV çağırış Nuxa şəhər sovetinin deputatı seçilib.
1946-cı ildə Kommunist (b) partiyasına üz olub.
Təltif və mükafatları
- “Əmək qəhrəmanı adı” (1928–1938-ci illər arasında);
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı (1942);
- Lenin ordeni və 3 medal.
Vəfatı
17 aprel 1954-cü il tarixdə – 63 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.
Xatirəsi
1968-ci ildə Şəki Mərkəzi Rayon Xəstəxanasına onun adı verilib. Daha sonralar Şəki Mərkəzi Rayon Xəstəxanası qarşısında büstü qoyulub və Şəkidəki bir küçəyə də adı verilib.
Ailəsi
- Atası: Cəbrayıl Hacı (Əbdül)cabbar oğlu (1855–?) – 2-ci gildiya tacir (bu rütbəni ona 30 dekabr 1910-cu ildə Kerç Şəhər İdarəsi verib).
- Anası: Tutu usta Lətif qızı.
- Oğlu: Fevzi Hacıyev – tanınmış həkim-endokrinoloq,zob xəstəlikləri üzrə mütəxəssis, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahiyyə kafedrasının dosenti.
- Qızları: Faimə Hacıyeva – göz həkimi (uzun müddət Bakı şəhər 4 №-li klinik xəstəxanasında göz xəstəlikləri şöbəsinin müdiri olub), Rəna – müəllim.
İstinadlar və qeydlər
- ↑ Bu illərdə xəstəxana əvvəl “Nuxa Xalq Xəstəxanası”, 7 dekabr 1926-cı il tarixdən “Qədirli adına Nuxa Xalq Xəstəxanası”, 1942-ci ildən Mirzə Fətəli Axundov adına Nuxa şəhər xəstəxanası və s. adlanmışdır (Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.)
- ↑ Память народа.
Ədəbiyyat
- Гаджиев Мамед Джабраилович : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
Məmməd Hacıyev (nekroloq) // Abbasov M. (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına Nuxa mətbəəsi, 1954. — В. 21 aprel. — № 47 (5.036). — Səh. 4.
- Mete Ə. Ənənələr yaşayır // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 331-333. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Hacıyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 152. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Mərdanov M.C., Tahirzadə Ə.Ş. HACIYEV Məhəmməd Cəbrayıl oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 149 – 152.
Həmçinin, bax:
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1940)
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1948)
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1951)
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1953)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1890-cı ildə doğulanlar
- 8 mayda doğulanlar
- Mayda doğulanlar
- 17 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1954-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar həkimləri
- Lenin ordeninin kavalerləri
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr