Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Cavanşir Quliyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 04:39, 21 noyabr 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cavanşir Quliyev
Quliyev Cavanşir Rəhim oğlu
Cavanşir Quliyev
Cavanşir Quliyev.
Şəxsi məlumatlar
Doğum adı 22 noyabr 1950 (1950-11-22) (73 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi bəstəkar
Atası Rəhim Quliyev
Anası Tavat Quliyeva

Musiqi alətləri tar, piano
Təhsili

 • Nuxa Musiqi Texnikumu

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, xalq çalğı alətləri fakültəsi, xalq çalğı alətləri fakültəsi, tar şöbəsi (1968–1970)

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, bəstəkarlıq fakültəsi (1970–1975)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1992 Azərbaycan SSR LKGİ mükafatı — 1982 "Humay" mükafatı — 2000 "Qızıl Dərviş" mükafatı — 2001
IMDb ID 0474534
facebook səhifəsi

Cavanşir Quliyev — tanınmış bəstəkar, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.

Haqqında məlumatlar

22 noyabr 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1967-ci ildə orta məktəbi,

1968-ci ildə Nuxa Musiqi Texnikumunu bitirib.

1968 – 1970-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsinin tar şöbəsində,

1970 – 1975-ci illərdə isə bəstəkarlıq fakültəsində, Cövdət Hacıyevin sinifində təhsil alıb.

Əmək fəaliyyəti

1973 – 1990-cı illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru,

1990 – 1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyində bədii rəhbər,

1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında/Bakı Musiqi Akademiyasında müəllim,

1992 – 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri,

1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim,

2003 – 2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında əvvəl dosent, sonra professor,

2005 – 2022-ci illərdə Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin səhnə sənətləri fakültəsində professor vəzifəsində çalışıb.

Yaradıcılığı

Konservatoriyada 2-ci kursda oxuyarkən “Birinci Kvartetdə”ni, diplom işi olaraq isə böyük simfonik orkestr üçün “Birinci simfoniya”nı yazıb.

1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib.

İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir.

Əsərləri

  • “Yeddi məhbusə” – 2 hissəli musiqili komediya (libretto - Ə.Əmirli. 2003);
  • “Bayatı” – Hollandiyanın “Atlas” orkestri üçün poema (2004);
  • Dördüncü Simfoniya “Dastan” (1994-2006);
  • “Melodiya” violino, violonçel və piano üçün (2008);
  • “Oğuznamə” baletindən birinci süita simfonik orkestr üçün (2010);
  • “Expromte Suite” violino, violonçel və piano üçün 4 hissəli süita (2011);
  • “Üç əhval” kamera orkestri üçün 3 hissəli süita (2011).

Filmlərə musiqi

Tamaşalara musiqi

  • “Müqəddəs Valentin günü” (müəllif - Ə.Əmirli. 2003);
  • “Brusseldən məktublar” (müəllif - H.Həsənov. 2003);
  • “Rəqabət” (müəllif - B.Vahabzadə.2004);
  • “Woyzeck” (müəllif - G.Bühner.2007);
  • “Biznesmen” (müəllif - R.Abdullayev. 2007);
  • “Körpü” (müəllif - İ.Piriyev. 2008);
  • “Yedəkçi” (müəllif - C.Müsahipzadə. 2009);
  • “Rumuz Qoncagül” (müəllif O.Arayıcı. 2010);
  • “Sofoklesin Antiqonesi” (müəllif - B.Brext. 2011);
  • “Küçük adam, ne oldu sana?” (müəllif - H.Fallada. 2011);
  • “Müsyo Jordan və dərviş Məstəli şah” (müəllif - M.F.Axundov. 2012);
  • “Töre” (müəllif - T.Özakman. 2012).

Mükafatları

Ədəbiyyat

  1. Mete Ə. Cavanşir Quliyev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 516-517. — 500 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Quliyev Cavanşir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 238-240. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. "Quliyev Cavanşir Rəhim Oğlu ( 22.11.1950)". http://mk.musigi-dunya.az/ (azərb.). Musiqi Dünyası. 17 Oct 2016 – 1 May 2020 tarixində arxivləşdirilib.
  4. "Cavanşir Quliyev: "Qəfildən bıçağı qızların yanaqlarına yapışdırdım..."". https://news.milli.az/culture/19613.html (azərb.). milli.az. 31 Avqust 2010 08:46. 26 Oct 2018 - 10 Feb 2020 tarixində arxivləşdirilib.
  5. "Quliyev Cavanşir". http://music.mctgov.az/ (azərb.). zərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 26 Feb 2020 - 22 Sep 2020 tarixində arxivləşdirilib.

Həmçinin, bax:

Filmoqrafiya

Filmoqrafiya