Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
28 noyabr
Geologiya-mineralogiya elmləri namizədi Azər Rəhimli (1947–2015) 28 noyabr 1947-ci il tarixdə Bakıda anadan olub. O, müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa şəhər və Bakı şəhər rayon, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi məsul vəzifələrdə çalışmış Əhməd Rəhimlinin oğludur.
Şəkil: Azər Rəhimli.
28 noyabr
Yeraltı hidroqaz dinamikası və neft-qaz yataqlarının işlənməsi sahəsində tanınmış alim, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Neft və Qaz İnstitutunun quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsinin rəhbəri Qərib Calalov 28 noyabr 1937-ci il tarixdə Nuxa (indiki Şəki) rayonununBaş Göynük kəndində anadan olub.
Şəkil: Qərib Calalov 80 illik yubileyində, Neft və Qaz İnstitutu, 5 dekabr 2017-ci il.
28 noyabr
Azərbaycan Cümhuriyyətinin ümuri-xeyriyyə (sosial təminat) naziri və nazir müavini, ümuri-xeyriyyə və səhiyyə nazirinin müavini, Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sosial təminat komissarının müavini vəzifələrində çalışmış Rüstəm xan Xoyski (1888–1939) 28 noyabr 1888-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, Fətəli xan Xoyskinin kiçik qardaşıdır.
Şəkil: Rüstəm xan Xoyskinin şərəfinə buraxılmış poçt markası.
28 noyabr
Tanınmış pedaqoq, həmkarlar təşkilatı işçisi və rəhbər kadr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva 28 noyabr 1964-cü il tarixdə Vartaşen (indiki Şəki və Oğuz) rayonunun Baş Göynük kəndində anadan olub.
Xülasə sayı:4 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)