Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

İmruz Əfəndiyeva

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:59, 16 dekabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
İmruz Əfəndiyeva
Əfəndiyeva İmruz Məmmədsadıq qızı
İmruz Əfəndiyeva
İmruz Əfəndiyeva, 2021-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1935 (1935-12-16) (88 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Məmmədsadıq Əfəndiyev‎
Anası Musalət Quliyeva

Təhsili

 • A.Zeynallı adına Bakı Musiqi Texnikumu (1951–1955)

 • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, tarixi–nəzəriyyə fakültəsi (1955–1960)

 • Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu, aspirantura (1962–1965)
Elmi dərəcəsi sənətşünaslıq doktoru
Elmi adı professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı
III dərəcəli "Əmək" ordeni — 2021

İmruz Əfəndiyeva — musiqişünas alim, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi nəzəriyyəsi kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

16 dekabr 1935-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1951-ci ildə Bakıda 189 saylı orta rus məktəbini bitirib.

1951 – 1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda,

1955 – 1960-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi–nəzəriyyə fakültəsində,

1962 – 1965-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1960-cı ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim,

1971-ci ildən baş müəllim,

1985-ci ildən dosent vəzifəsində işləyib.

1993-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1982-ci ildə “Azərbaycan sovet mahnısı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1988-ci ildə dosent elmi adını alıb.

2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.

1993-cü ildən professor elmi adını alıb.

Bir sıra Beynəlxalq simpoziumlarda çıxışlar edib.

Bir sıra bakalavr, magistr və fəlsəfə doktorları dissertasiyalarının elmi rəhbəri olub.

Yaradıcı fəaliyyəti[redaktə | HTML redaktə]

1968-cı ildən - Azərbaycan Bəstəkarlar ittifaqının üzvüdür.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Kitabları[redaktə | HTML redaktə]

  1. Новое в азербайджанской песне (1958 – 1972) – Баку, 1974.
  2. Азербайджанская советская песня – Баку, 1981.
  3. Композитор Тельман Гаджиев– Баку, 1983.
  4. Джангир Джангиров (буклет) – Баку, 1985.
  5. Гордость азербайджанского народа – Baku 1996.
  6. Emin Sabitoğlu – Bakı. 2014.
  7. Vasif Adıgözəlo – Баку. 1999.
  8. Axtarış yollarının bəhrəsi – Bakı. 2014.
  9. Musiqi mədəniyyətimiz və müasirlik – Bakı 2016.
  10. Tədris ədəbiyyatı :
    1. Sekvensiyalar (milli musiqi əsasında) metodik tövsiyyələr – Bakı, 2005.
    2. Harmoniya fənnindən xor dirijorluq üçün dərslik- Əlyazma, Bakı – 2016.
    3. Музыка для детей в творчестве Севды Ибрагимовой – Баку, 2003.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyeva İmruz // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 177-178. — 1.000 nüsx.
  2. "Musiqi nəzəriyyəsi kafedrasının müəllimləri : Əfəndiyeva İmruz Məmməd Sadıx qızı". https://www.musicacademy.edu.az/ (azərb.). Bakı Musiqi Akademiyası. 20 Jun 2018 – 19 Feb 2020 tarixində arxivləşdirilib.
  3. Musiqidə keçən ömür / Sevgiyə Əsədova (tərtibçi). — M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. — Bakı: «Zərdabu LTD» MMC, 2013. — Səhifələrin sayı:  216. — 100 nüsx. — ISBN 978-99-52-460-21-6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 29 Sep 2013 - 4 Aug 2014.
  4. Əfəndiyeva İmruz // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 220. — ISBN 978-9952-441-13-0.
  5. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 29.01.2022] // Azərbaycan Respublikası Prezidentinin rəsmi internet sayt. — 2021. — 17 sentyabr. — Müraciət tarixi: 15.12.2022.
  6. “Hərdən mən deyirəm, Üzeyir bəyin çörəyini yeyirəm...” : [arx. 16.12.2023] // Turan. — 2021. — 9 oktyabr. — Müraciət tarixi: 16.12.2023.