Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)
Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) | |
---|---|
“Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabı, üz qabığının görünüşü. | |
Müəlliflər |
Həsənov R., Məmmədov A. |
Orijinalın dili | azərbaycanca |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
İl | 2023 |
Rəssam | Asim Abbasov |
Nəşriyyat | Elm və təhsil |
Nəşr | AMEA Şəki Regional Elmi Mərkəzi |
Səhifə | 150 |
Tiraj | 500 |
ISBN 978-9952-568-30-1 | |
elektron versiyası |
Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) — AMEA Şəki Regional Elmi Mərkəzi Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənovun və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədovun birlikdə tərtib etdikləri kitab.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
2023-cü ilin iyun ayının 22-də Bakıda “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunub. Kitabın nəşrinə AMEA Şəki Regional Elmi Mərkəzi Elmi Şurasının 21 aprel 2023-cü il tarixli 3 №-li protokoluna əsasən icazə verilib. Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Mehman Süleymanovdur. Kitab 150 səhifədən ibarətdir və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf edilib. Kitaba millət vəkili Vüqar İskəndərov ön söz yazıb.
Məzmunu[redaktə | HTML redaktə]
Kitabda tədqiqatçı alim Tağı Musəvinin 1969-cu ildə “Şəki fəhləsi” qəzetində hissə-hissə çap olunmuş “Şəkinin orta əsrlər tarixi haqqında” adlı geniş məqaləsinin elmi-tənqidi mətni, XVI – XVIII əsrlər Şəkisinə aid tərcümə etdiyi rəsmi sənədlər öz izahları ilə birlikdə geniş oxucu kütləsinə təqdim olunur. Tağı Musəvinin bu araşdırmalarında əsasən XVI əsrin başlanğıcı ilə XVIII əsrin 40-cı illəri arasındakı dövrdə Şəki ilə Səfəvilər dövləti arasındakı münasibətlər, Şəkinin Səfəvilər dövlətində mövqeyi, bölgədə baş verən ictimai-siyasi proseslər və s. məsələlər yer almışdır.
Təqdimatı[redaktə | HTML redaktə]
19 yanvar 2024-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Təqdimatda deputat Vüqar İskəndərov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov və digər vəzifəli şəxslər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, media təmsilçiləri iştirak ediblər. Çıxış edənlər Tağı Musəvinin Azərbaycanın Orta əsrlər tarixinin öyrənilməsində rolundan söz açmış, bu kitabın Şəkinin Orta əsrlər tarixinin öyrənilməsi işində xüsusi əhəmiyyətini vurğulamışlar. Tədbirin sonunda kitabın tərtibçiləri Şəkinin tarixinin və mədəniyyətinin öyrənilməsi işinə verdikləri töhfələrə görə Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin Fəxri fərmanı ilə təltif olunublar. Həmin gün Kanal S televiziya kanalının xəbərlər buraxılışında kitabın təqdimatı ilə bağlı məlumat gedib. 22 yanvarda AMEA-nın saytında, 24 yanvarda isə “Mədəniyyət” qəzetində və həmin qəzetin saytında təqdimatla bağlı xəbər dərc olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Şəkinin Orta əsrlər tarixinə dair kitab çapdan çıxıb : [arx. 28.06.2023] // Mədəniyyət qəzeti. — 2023. — 27 iyun. — Müraciət tarixi: 28.06.2023.
- Şəkinin orta əsrlər tarixini əks etdirən tədqiqat əsəri təkrar nəşr olunub : [arx. 20.11.2023] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2023. — 20 noyabr. — Müraciət tarixi: 20.01.2024.
- “Şəkinin orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabının təqdimatı olub : [arx. 22.01.2024] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2024. — 22 yanvar. — Müraciət tarixi: 20.01.2024.
- Şəkinin Orta əsrlər tarixinə dair nəşrin təqdimatı // Mədəniyyət : qəzet. — Bakı, 2024. — В. 24 yanvar. — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Jan 2024 - 26 Jan 2024.
- Şəkinin Orta əsrlər tarixinə dair nəşrin təqdimatı : [arx. 24.01.2024] // Mədəniyyət qəzeti. — Müraciət tarixi: 30.01.2024.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Video[redaktə | HTML redaktə]
Digər[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |