Firidun Abdullayev
Firidun Abdullayev | |
---|---|
Abdullayev Firidun Muxtar oğlu | |
Firidun Abdullayev. | |
Anadan olub | 31 may 1931 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 1 aprel 1987 (55 yaşında) |
Vəfat etdiyi yer | Leninqrad (indiki Sankt-Peterburq) |
Vəfat səbəbi | xərçəng |
Dəfn yeri | Bakı |
Həyat yoldaşı | Valentina |
Uşaqları | Rauf, Yuliya və Murad |
Atası | Abdullayev Muxtar Nağı oğlu |
Anası | Abdullayeva (Kaşiyeva) Həyat Əbülfəz qızı |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
• Orta-ixtisas musiqi məktəbi • Moskva Dövlət Sirk və Estrada Sənəti Məktəbi, qiyabi |
Mükafatları |
Firidun Abdullayev (1931–1987) — Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və Bakı Dövlət Sirkinin direktoru.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
31 may 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Səkkizillik təhsildən sonra, əvvəl orta-ixtisas musiqi məktəbini, daha sonralar isə qiyabi olaraq Moskva Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Orta-ixtisas musiqi məktəbini bitirdikdən sonra müxtəlif ansambllarda nəfəs alətlərində (saksafon, fleyta və truba) ifa edib. Bir müddət Şimali Qafqazda yaşayıb və fəaliyyət göstərib. 1965-ci ildə Bakıya qayıdıb.
1967-ci ildən Bakı Dövlət Sirkinin direktor müavini, 1969-cu ildən ömrünün sonunadək isə direktoru olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
Vəfatı[redaktə | HTML redaktə]
1 aprel 1987-ci il tarixdə – 56 yaşa keçməsinə iki ay qalmış, Leninqradda (indiki Sankt-Peterburq) müalicə aldığı xəstəxanada xərçəng xəstəliyindən vəfat edib. Bakıda anasının dəfn olunduğu qəbiristanlıqda – anasının qəbrinin yanında dəfn olunub.
Ailəsi[redaktə | HTML redaktə]
Ailədə 7 qardaş və 2 bacı olublar.
1937-ci ildə – 6 yaşı olarkən, atası Muxtar Abdullayev Stalin repressiyaları nəticəsində həbs edilib və güllələnib. Anası Həyat Əbülfəz qızı Abdullayeva (Kaşiyeva) isə Sibirə sürgün olunub. Hər ikisi Stalinin ölümündən sonra – 1956-cı ildə, bəraət alıblar.
Firidun Abdullayevin özü 3 dəfə ailə qurub. Birinci həyat yoldaşı ilə Batumidə qastrolda tanış olmuşdu. Ondan Rauf adlı oğlu doğulub. Hal-hazırda Rauf Batumidə yaşayır, zabitdir. İkinci həyat yoldaşından Yuliya adlı qızı doğulub. Üçüncü həyat yoldaşı Valentina ilə isə Şimali Qafqazda tanış olmuşdu. Onunla 1965-ci ildə Bakıya gəlib. Bakıda oğlu Murad anadan olub. Murad Abdullayev hal-hazırda Böyük Moskva sirkinin tanınmış meymun təlimçisi və Rusiya Federasiyasının əməkdar artistidir və Murad Abdullayevin qızı Aydan Abdullayeva da sirkdə işləyir.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Abdullayev Firidun // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 26. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- 1931-ci ildə doğulanlar
- 31 mayda doğulanlar
- Mayda doğulanlar
- 1 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1987-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr