Şəmsa Rəşidova
Şəmsa Rəşidova | |
---|---|
Rəşidova Şəmsa Məmməd qızı | |
Şəmsa Rəşidova. | |
Doğum tarixi | 18 may 1948 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri |
• Azərbaycan Tibb Universiteti, yoluxucu xəstəliklər kafedrası (dosent) • Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının 1-ci neyroinfeksiya şöbəsi (konsultant) |
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, pediatriya fakültəsi (1968–1974) |
Adının digər versiyaları | Şemsa Reşidova, Şemsa Reşidova, Şemsa Raşidova, Şamsa Raşidova, Shemsa Reşidova, Shemsa Reşidova, Shemsa Raşidova, Shamsa Raşidova, Шемса Решидова, Шамса Решидова, Шемса Рашидова, Шамса Рашидова, Шәмса Рәшидова |
facebook səhifəsi |
Şəmsa Rəşidova — tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, həkim-pediatr, Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının 1-ci neyroinfeksiya şöbəsinin konsultantı.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
18 may 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1961-ci ildə ailəvi Bakıya köçüblər.
Təhsili[redaktə | HTML redaktə]
1968 – 1974-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb.
1974 – 1975-ci illərdə Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında internatura keçib və pediatr ixtisasına yiyələnib.
1989-cu ildə Moskvada M.İ.Piroqov adına 2-ci Dövlət Tibb İnstitutunda “Müəllimlərin ixtisasartırma” fakültəsində üçaylıq kurs keçib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1975 – 1976-cı illərdə M.Əzizbəyov adına doğum evində neonatoloq,
1976 – 1985-ci ilərdə Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında əvvəl həkim-ordinator, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır.
1985-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun uşaq yoluxucu xəstəlikləri kafedrasında assistent vəzifəsinə seçilmiş,
1999-cu ildən dosent vəzifəsində çalışmağa başlamışdır.
2016-cı ildə pediatriya fakültəsinin ləğv olunması ilə əlaqədar olaraq, yoluxucu xəstəliklər kafedrasına keçirilib və həmin vaxtdan etibarən bu kafedrada dosent vəzifəsində çalışır.
Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının 1-ci neyroinfeksiya şöbəsinin konsultantıdır.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1990-cı ildə Rusiya TEA-nın Pediatriya İnstitutunun dissertantı olub.
1996-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb.
4 dərs vəsaitinin, 11 tədris-metodik vəsaitin, Azərbaycanda və digər ölkələrdə çap olunmuş 117 elmi tezis və məqalənin müəllifidir.
Rusiya, Gürcüstan, Almaniya, Ukrayna və Azərbaycanda elmi konqres və konfranslarda iştirak edib.
Çap olunmuş elmi iş və məqalələri[redaktə | HTML redaktə]
- Rəşidova Ş.M. Erkən yaşlı uşaqlarda CVH-nın müalicə prinsipləri tədris metodik vəsait, – Bakı 2009.
- Rəşidova Ş.M., Qaragözova A.A. Uşaqlarda nadir rast gələn infeksion xəstəliklərin diferensial diaqnostikası tədris metodik vəsait, – Bakı 2014.
- Hüseynova N.M., Rəşidova Ş.M., Qaragözova A.A., Bağırova M.H. Uşaqlarda qəbzliyin müalicəsində laktoloza preparatlarının effektivliyi, – “Sağlamlıq jurnalı” 2016, № 2.
Digər[redaktə | HTML redaktə]
1977 – 1980-cı illərdə Azərbaycan Səhiyyə Nazirliyinin təqdimatı ilə Az.TV-də “Sağlamlıq” jurnalının aparıcısı olub.
1998, 2001, 2005 və 2006-cı illərdə, hər dəfə 3 ay müddətində Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) qrantları ilə Berlində Humboldt adına Universitetdə elmi ezamiyyətdə olub və Charite-Virchow klinikasında əmək təcrübəsi əldə edib.
1998 – 2013-cü ilədək Azərbaycanda AAMX-nun nəzdində tibb sahəsi üzrə seçim rəhbəri və imtahan komissiyasının sədri olub.
2001 – 2003-cü illərdə ATU–nun Xarici dillər kafedrasında dövlət imtahanları üzrə İmtahan Komissiyasının sədri olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəsi[redaktə | HTML redaktə]
Bir övladı var – Pirverdiyeva Fidan Rafiq qızı (1983-cü il təvəllüdlü), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin böyük məsləhətçisi, Dövlət Qulluğunun müşaviridir.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Rəşidovların nəsil şəcərəsi[redaktə | HTML redaktə]
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər[redaktə | HTML redaktə]
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Рашидова Шамса Мамед кызы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 460-461. — 1.000 nüsx.
- "Yoluxucu xəstəliklər kafedrası / t.e.n., dos. Rəşidova Ş.M." https://www.amu.edu.az/ (azərb.). Azərbaycan Tibb Universiteti. 17 May 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ş
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 18 mayda doğulanlar
- Mayda doğulanlar
- 1948-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə