Afaq Rəşidova
Afaq Rəşidova | |
---|---|
Rəşidova Afaq Məmməd qızı | |
Afaq Rəşidova. | |
Doğum tarixi | 24 fevral 1956 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | biologiya |
İş yeri | AMEA akademik A.İ.Qarayev adına Fiziologiya İnstitutu, ontogenezin biokimyası laboratoriyası (laboratoriya müdiri) |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, biologiya fakültəsi (–1977) |
Afaq Rəşidova — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akademik A.İ.Qarayev adına Fiziologiya İnstitutunun ontogenezin biokimyası laboratoriyasının müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
24 fevral 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1961-ci ildə ailəvi Bakıya köçüblər.
Təhsili[redaktə | HTML redaktə]
1977-ci ildə Nəsrəddin Tusi adına V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1977 – 1998-ci illərdə Azərbaycan SSR EA/AMEA Fizika İnstitutunun molekulyar biologiya və molekulyar genetika bölməsinin tibbi-biokimyəvi genetika laboratoriyasında işləyib; o cümlədən,
1977 – 1982-ci illərdə baş laborant,
1982 – 1994-ci illərdə kiçik elmi işçi,
1994 – 1998-ci illərdə isə böyük elmi işçi vəzifəsini tutub.
1998-ci ildən AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşıdır; o cümlədən,
1998-ci ildə müqayisəli və yaş neyrokimyası laboratoriyasında böyük elmi işçi,
1998 – 2008-ci illərdə sinir sisteminin energetik mübadilə fermentləri yaradıcı sektorunda böyük elmi işçi,
2008 – 2021-ci illərdə isə ontogenezin biokimyası laboratoriyasında aparıcı elmi işçi,
2021-cı ildən ontogenezin biokimyası laboratoriyasının müdiri vəzifəsini tutub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1992-ci ildə Moskva şəhərindəki (Rusiya Federasiyası) Hematologiya və Qanköçürmə İnstitutunda biokimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib.
2007-ci ildə dosent elmi adını alıb.
2012-ci ildə biokimya ixtisası üzrə doktorluq dissertasiyasının mövzusu Problem Şurasında qeydiyyatdan keçmiş və təsdiqlənmişdir. Doktorluq dissertasiyası üzərində işləyir və onu tamamlamaq ərəfəsindədir.
100-dən artıq elmi əsərin müəllifidir. Onlardan 1-i tam fəsil kitabda (ABŞ-da), 7 məqaləsi isə xaricdə (Avstriya, Türkiyə, Polşa, Ukrayna, Rusiya) nüfuzlu jurnallarda çap olunaraq impakt faktora malikdirlər. Çoxsaylı məqalə və tezisləri ABŞ, İtaliya, İspaniya, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Moldova, Avstriya, Polşa, İran və s. ölkələrdə nəşr olunub. Apardığı işlərin nəticəsi kimi müxtəlif enzim və hemoqlobinopatiyaların biokimyəvi və molekulyar əsasları, etnik xüsusiyyətləri, yayılması, biokimyəvi mexanizminin öyrənilməsi, sensor impulsasiyaların çatışmaması şəraitində və zülal açlığı zamanı postnatal ontogenezdə transaminaza ferment qrupu, qlükoza mübadiləsinin tənzimləyici fermentlərinin və zülalın, eyni ilə neft mənşəli bəzi toksiki maddələrin, elektromaqnit dalğaları ilə qeyri-ionlaşdırıcı şüalanmanın və hipoksiyanın baş beyin qabığının müxtəlif nahiyələrində, hipotalamusda və beyincikdə energetik mübadiləyə təsiri dinamikasına aid maraqlı nəticələr alıb və elmi tədqiqatlarla sübuta yetirmişdir.
4 Beynəlxalq və yerli qrant layihəsinin fəal icraçısı olub (ABŞ, Azərbaycan). Bununla bərabər Beynəlxalq və Respublika elmi konqreslərin, simpoziumların, konfransların işində iştirak edib, sertifikatlarla təltif olunub.
İctimai fəallığı[redaktə | HTML redaktə]
- MDB ölkələrinin Fizioloqlar cəmiyyətinin üzvüdür.
- AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində biokimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən şuranın üzvüdür.
- AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Fiziologiya” jurnalının redaksiya heyətinin üzvüdür.
Mükafatları[redaktə | HTML redaktə]
«Gənc alimlərin və mütəxəssislərin elmi konfransında ən yaxşı elmi-tədqiqat işi üçün» diplom (1991).
Ailəsi[redaktə | HTML redaktə]
Oğlu – Ülvi Rəşid, 1986 il təvəllüdlü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “Золотой резерв нефтегаза-2008” Beynəlxalq layihənin qalibidir. 2018-ci ildə ABŞ-ın Karnegi Mellon Universitetinin (Pensilvaniya ştatı, Pittsburq şəhəri) magistraturasını uğurla bitirmiş, ABŞ-ın Kaliforniya Ştatına dəvət olunmuş və hal-hazırda orada fəaliyyət göstərir.
Rəşidovların nəsil şəcərəsi[redaktə | HTML redaktə]
Rəşidovların nəsil şəcərəsi[redaktə | HTML redaktə]
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər[redaktə | HTML redaktə]
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Рашидова Афаг Мамед кызы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 462-463. — 1.000 nüsx.
- "Fiziologiya İnstitutunun fəlsəfə doktorları/Rəşidova Afaq Məmməd qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 6 Apr 2017 – 10 Feb 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |