Azər Rəhimli
Azər Rəhimli | |
---|---|
Rəhimli Azər Əhməd oğlu | |
Azər Rəhimli. | |
Doğum tarixi | 28 noyabr 1947 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 27 yanvar 2015 (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | Geologiya-mineralogiya elmləri namizədi |
Təhsili | Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti, geologiya və neft yataqlarının axtarışı ixtisası (Moskva; 1966–1971) |
Atası | Əhməd Rəhimli |
Anası | Səyyarə Ələkbərova |
Azər Rəhimli (1947–2015) — geologiya-mineralogiya elmləri namizədi. Müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa şəhər və Bakı şəhər rayon, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi məsul vəzifələrdə çalışmış Əhməd Rəhimlinin oğludur.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
28 noyabr 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1966-cı ildə Bakı şəhər 160 №-li orta məktəbini bitirib.
1966 – 1971-ci ildə Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində (Moskva) geologiya və neft yataqlarının axtarışı ixtisası üzrə təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1981-ci ilin yanvar ayında Xarkov Dövlət universitetində “Kiçik Qafqazın son təbaşir konkolitoforidləri (Azərbaycan)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1971 – 1973-сü illərdə Kabil Politexnik İnstitutunda (Əfqanıstan) müəllim,
1973 – 1983-сü illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl mühəndis, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi,
1983 – 1989-сu illərdə Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1995 – 1999-cu illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı olub.
Vəfatı[redaktə | HTML redaktə]
27 yanvar 2015-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Рагимли Азер Ахмед оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 458-459. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1947-ci ildə doğulanlar
- 28 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 27 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə