Fərrux İsmayılov
Fərrux İsmayılov | |||||||
---|---|---|---|---|---|---|---|
İsmayılov Fərrux Cabbar oğlu | |||||||
Fərrux İsmayılov, 1970-ci il. | |||||||
|
|||||||
Sələfi | Soltan Əzizov | ||||||
Xələfi | Zəbi Quliyev | ||||||
Doğum tarixi | 24 iyun 1913 | ||||||
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 29 sentyabr 1971 (58 yaşında) | ||||||
Vəfat yeri | Şəki, Şəki rayonu, Azərbaycan SSR, SSRİ | ||||||
Həyat yoldaşı | Əfşan | ||||||
Uşaqları | Təranə, Vəfa və Cənanə | ||||||
Təhsili |
Nuxa Pedaqoji Texnikumu (–1932) • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, tarix fakültəsi (1934–1939, 1947) • Bakı Ali Partiya Məktəbi(az) (1947–1949) • Ali Partiya Məktəbi(ru) yanında birilllik kurs (Moskva, 1949–1950) |
||||||
Təltifləri |
Fərrux İsmayılov (1913–1971) — Azərbaycan sovet partiya və dövlət məmuru, tanınmış pedaqoq, Şəki şəhər 19 №-li orta məktəbinin direktoru. Daha əvvəllər Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
24 iyun 1913-cü il tarixdə Nuxada (indiki Şəki), yoxsul ailədə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1932-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.
1934 – 1939-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb, lakin orduya çağırıldığına görə təhsilini Böyük Vətən müharibəsindən sonra – 1947-ci ildə tamamlayıb.
1947 – 1949-cu ildə Bakı Ali Partiya Məktəbində təhsil alıb.
1949 – 1950-ci illərdə Moskva Ali Partiya Məktəbi nəzdində rəhbər partiya işçiləri hazırlayan birillik kursu bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1932-ci ildə orta məktəb müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
1945-ci ildə Azərbaycan KP MK Nuxa Şəhər Komitəsində mühazirəçi,
1949 – 1951-ci illərdə Azərbaycan KP MK-da təlimatçı,
1951 – 1953-cü illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin əvvəl katibi, sonra ikinci katibi,
1954-cü ilin yanvar ayından Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi,
1954 – 1966-cı illərdə əvvəl Nuxa Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, sonra “Bilik” cəmiyyəti Nuxa rayon şöbəsi idarə heyətinin sədri, daha sonra Azərbaycan KP Nuxa Şəhər Komitəsi siyasi maarif kabinetinin müdiri,
1966 – 1971-ci illərdə Nuxa/Şəki şəhər 19 №-li orta məktəbin direktoru vəzifəsində çalışıb.
Digər[redaktə | HTML redaktə]
1939 – 1945-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuş, Böyük Vətən müharibəsi iştirak etmiş, Moskva və Stalinqrad cəbhələrində vuruşmuşdur.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
Bir orden və bir neçə medalla təltif olunub.
Vəfatı[redaktə | HTML redaktə]
29 sentyabr 1971-ci il tarixdə – 58 yaşında, Şəkidə vəfat edib.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Исмаилов Фаррух Джаббарович : [arx. 28.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 28.09.2021.
- Məmmədov Ə., Xalıqov F. İsmayılov Fərrux // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 286-287. — 1.000 nüsx.
- Şükürov R., Orsər R. İsmayılov Fərrux Cabbar oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 170. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1913-cü ildə doğulanlar
- 24 iyunda doğulanlar
- İyunda doğulanlar
- 29 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 1971-ci ildə vəfat edənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə