Tofiq Qaffarov
Tofiq Qaffarov | |
---|---|
Qaffarov Tofiq Mustafa oğlu | |
Tofiq Qaffarov, 3 iyul 1969-cu il (foto: M.Salis) | |
Doğum tarixi | 4 oktyabr 1935 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 22 iyul 1991 (55 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan, SSRİ |
Dəfn yeri | Xoçik qəbiristanlığı, Şəki |
Həyat yoldaşı | Xuraman Abbasəli qızı Qaffarova |
Uşaqları | Elçin, Aybəniz və İlhamə |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (–1960) |
Tofiq Qaffarov (1935–1991) — tanınmış pedaqoq, Şəki şəhər 12 №-li orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini. Daha əvvəl Şəki Şəhər Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ədəbi-bədii yaradıcılıqla da məşğul idi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
4 oktyabr 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1954-cü ildə orta məktəbi,
1960-cı ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1960 – 1969-cu illərdə, Əvvəl Zaqatala rayonunda, Sonra isə Nuxa/Şəki rayonunda orta məktəb müəllimi,
1969 – 1975-ci illərdə Azərbaycan KP Şəki şəhər komitəsində ideoloji işçi,
1975 – 1979-cu illərdə Şəki Şəhər Maarif Şöbəsinin müdiri,
1979 – 1991-ci illərdə isə Şəki şəhər 12 №-li orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Ədəbi-bədii yaradıcılığı[redaktə | HTML redaktə]
Erkən yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərib, lirik və satirik şeirlər, nəsr əsərləri və publisist yazılar yazıb. Sağlığında hekayə və məqalələri “Ədəbiyyat və incəsənət”, “Azərbaycan nüəllimi”, “Şəki fəhləsi” və “İpəkçi” qəzetlərində dərc edilib.
2016-cı ildə – vəfatından 25 il keçəndən sonra isə “Gözümün işığı, dilimin sözü” adlı kitabı çap olunub.
Vəfatı[redaktə | HTML redaktə]
22 iyul 1991-ci il tarixdə – 55 yaşında, Şəkidə vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Adışirinov K. XX əsr Şəki ədəbi-mədəni mühüti (1900–2000-ci illər) / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı, 2015. — I kitab. — Səhifələrin sayı: 489. — Səh.: 227 – 250. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 sentyabr 2022.
- Mustafayeva A. “Gözümün işığı, dilimin sözü” // Şəki bələdiyyəsi qəzetinin saytı. — 2016. — В. 6 oktyabr. — № 10 (144). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 noyabr 2020.
- Sadıxlı Y. “Gözümün işığı, dilimin sözü” // Şəki bələdiyyəsi : qəzet. — 2016. — В. oktyabr. — Səh. 5.
- Orsər R. Tofiq Qaffarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 349-351. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış şair və yazıçılar
- 1935-ci ildə doğulanlar
- 4 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 22 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə