Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Dinar

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Dinar
Dinar
Dinar ağ atın belində (Moskva kremlinin mərmər palatasının taxt-tac zalının şimal tərəfindəki divarındakı şəkil).
Şəki çariçəsi
ən geci 1010-cu il — ən tezi 1014/1015-ci il
Şəxsi məlumatlar
Vəfat tarixi 30 iyun (-06-30) (anım günü)
Dini xristian
Atası III Adərnerse
Həyat yoldaşı Atrnerseh

Dinar (X əsr–XI əsr) — XI əsrin ikinci onilliyinin əvvəllərində Şəki hökmdarı olmuş qadın. Hakimiyyətə gəldiyi vaxt və hakimiyyətinin son tarixi məlum deyil. Tao-Klarceti hakimi, eristavlar-eristavı III Adərnersenin qızı, Şəki hökmdarı Atrnersehin arvadı, Şəki hökmdarı İşxan Əbu Əbdülmalikin isə anasıdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

“Kartli salnaməsi”ə görə

" Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin bacısının oğlu idi, onun anası çariçə Dinar onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu[1]. "

“Kartli salnaməsi”ə görə Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) Gürcü çarı III Baqrat Heretini tutmuş və çariçə Dinarı əsir götürmüşdür[2]. Əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi[3].

XI əsr gürcü tarixçisi Sumbat Davitisdze yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu

" Georginin hakimiyyəti dövründə Herret-Kaxeti ölkəsi müstəqillik əldə etdi, aznaurların xəyanətinə görə eristavlar tutuldu və əvvəlki hakimlər öz ölkələrinə sahib oldular[4]. "

Burada adları çəkilməsə də çariçə Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4-5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. “Kartli salnaməsi”ə görə III Baqrat çariçə Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı[2]. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti barədə məlumatlar var, çariçə Dinar haqqında isə heç bir məlumat yoxdur.

Müqəddəs elan olunması[redaktə | HTML redaktə]

Müasir gürcü ikonoqrafiyasında Dinar (Moskva kremlindəki analoji obraz).

“Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar gürcü kilsəsinə görə, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür. Gürcü kilsəsi onun adını müqəddəslər siyahısına daxil edib və iyunun 30-nu onun anım günü elan edib.

Rusiyada Dinara[redaktə | HTML redaktə]

Dinar (Şəki-Kaxeti sərhədi IX-X əsrin əvvələrində)
Red pog.png
Yuxarı Bodbe
Red pog.png

Aşağı Bodbe
David Musxeleşviliyə görə gürcü mənbələri IX əsr -X əsrin əvvəlləri üçün Şəki-Kaxeti sərhəddini bu şəkildə göstərir (müasir xəritə üzərində).

Dinara XV – XVI əsrin əvvəllərinə aid Moskva povestlərindən birinin – “İberiya çariçəsi Dinara haqqında povest”in (rus.: Повесть об Иверской царице Динаре) baş qəhrəmanı hesab edilir. Povest öz dövründə çox məşhur olmuş, IV İvan Qroznı 1552-ci ildə Kazanı tutan vaxt oxunmuşdur.

Qəbri barədə iddialar[redaktə | HTML redaktə]

Çariçə Dinara aid olması ehtimal edilən qəbir.

Müasir erməni tədqiqatçılarından tarix elmləri doktoru Qriqor Qriqoryan hesab edir ki, Qafan şəhəri yaxınlığında yerləşən Vahanvəng monastırı ərazisində aşkar olunmuş və üzərində erməni əlifbası ilə “Dinar” yazılmış qəbir, məhz, Atrnersehin arvadı Dinarın qəbridir[5]. Qriqor Qriqoryan Vahavəng monastırı ərazisində arxeoloji qazıntılara rəhbərlik etmişdir.

Tao-Klarceti knyazlarının nəsl şəcərəsində Dinar (ingiliscə)[redaktə | HTML redaktə]

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. — 1.000 nüsx.
  2. Картлис Цховреба / Главный редактор академик Роин Метревели. — Тбилиси: Артануджи, 2008.
  3. Григорян Г. М. Новонайденные надписи Ваанаванка (rus.) // Ист.-филол. журн.. — 1972. — С. 215-229.

Həmçinin bax[redaktə | HTML redaktə]

Şəki dövləti

Linklər[redaktə | HTML redaktə]