Fuad Əbdürrəhmanov
Fuad Əbdürrəhmanov | |
---|---|
Əbdürrəhmanov Fuad Həsən oğlu | |
Fuad Əbdürrəhmanov. | |
Doğum tarixi | 11 may 1915 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 15 iyun 1971 (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili |
• Azərbaycan Dövlət Rəssamlıq Texnikumu (1929–1932) • İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu (1935–1939) |
Mükafatları |
|
Commonsda da Fuad Əbdürrəhmanov ilə əlaqəli mediafayllar var |
Fuad Əbdürrəhmanov (1915–1971) — görkəmli heykəltəraş-monumentalist, Azərbaycan sovet heykəltəraşlığının banilərindən biri, ikiqat Stalin mükafatı laureatı, Azərbaycan SSR xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
11 may 1915-ci il tarixdə Nuxada (indiki Şəki), dövlət məmurunun ailəsində anadan olub.
1929-cu ildə ailəvi olaraq əvvəlcə Yevlaxa, az sonra isə Bakıya köçüblər.
Təhsili[redaktə | HTML redaktə]
1929 – 1932-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda,
1935 – 1940-ci illərdə isə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1942 – 1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib.
Yaradıcılığı[redaktə | HTML redaktə]
Yaradıcılığa portret janrı ilə başlayıb.
XX əsrin 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin “Oxçu” (1934), “Gənc aşıq” (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaradıb. Sovet İttifaqı qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun dərin psixologizmi və ifadəliliyi ilə seçilən barelyeflərini hazırlayıb.
Obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnən Səttar Bəhlulzadə (1947), R.Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B.Bağırova (1951), Səməd Vurğun (1957), Kubalı Xesus (1962) və başqa portretlərin müəllifidir.
Yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutub; Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S.Dadaşov və M.Hüseynov), Bakıda S.Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M.Hüseynov) və s. əsərləri Azərbaycan sovet monumental heykəltəraşlığının ən yaxşı nümunələrindən hesab olunur.
1950 – 1960-cı illərdə milli xüsusiyyətlərlə zəngin olan “Çoban” (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), “Azərbaycanlı qadın” (gips, 1951), “Azadlıq” (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), “Azad qadın” (tunc, qranit, 1960, memar M.Hüseynov) və s. əsərlərini yaradıb.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S.Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H.Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova bütün dünyada şöhrət qazandırıb. Ömrünün son illərində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M.Hüseynov) yaratmışdır.
Əsərləri[redaktə | HTML redaktə]
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı (1943);
- “Azərbaycan SSR xalq rəssamı” fəxri adı (1956);
- II dərəcəli Stalin mükafatı (1947) — Nizami Gəncəvinin 1946-cı ildə Kirovabadda ucaldılmış heykəlinə görə;
- “Şərəf Nişanı” ordeni (09.06.1949);
- III dərəcəli Stalin mükafatı (1951) — gips «Çoban» heykəlinə görə;
- SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı (1966);
- “Şərəf Nişanı” ordeni (1960);
- medallar.
Vəfatı[redaktə | HTML redaktə]
15 iyun 1971-ci il tarixdə – 56 yaşında, Bakıda vəfat edib. Bakıda – Birinci Fəxri xiyabanda dəfn olunub.
Xatirəsi[redaktə | HTML redaktə]
25 may 2022-ci il tarixdə Nizami Kino Mərkəzində (Bakı) onun haqqında “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- ƏBDÜRRƏHMANOV Fuad Hәsәn oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV cild. — Səhifələrin sayı: 616. — Səh.: 128-129. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Fuad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 111-112. — 1.000 nüsx.
- ƏBDÜRRƏHMANOV Fuad Hәsәn oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 179-180. — ISBN 978-9952-441-13-0.
- Nizami Kino Mərkəzində “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib : [arx. 26.05.2022] // AZƏRTAC. — 2022. — 25 may. — Müraciət tarixi: 26.05.2022.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış pedaqoqlar
- 1915-ci ildə doğulanlar
- 11 mayda doğulanlar
- Mayda doğulanlar
- 15 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1971-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR-in xalq rəssamları
- Stalin mükafatı laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə