İrodion Nanobov
İrodion İordanoviç Nanobov | |
---|---|
Anadan olub | ≈ 1840 |
Uşaqları |
|
Atası | İordan |
Peşəsi | keşiş (pravoslav) |
İrodion İordanoviç Nanobov (rus.: Иродион Иорданович Нанобов) — pravoslav kilsə xadimi, 1877 – 1884-cü illərdə Nuxa Üçmüqəddəs kilsəsinin, daha sonra Zaqafqaziya Dəmir yolları kilsəsinin keşişi olub. Məşhur tenor, opera solisti Mişel d'Arialın atasıdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1876-cı ildə Telavi ruhani məktəbində xəttatlıq və nəğmə fənni[1], Telavi müq. Nina qadın təhsil müəssisəsində isə öz təriqəti üzrə dini qaydalar (həm də gürcü dili) dərsi deyirdi[2]. 1877-ci ildə Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olub. 8 noyabr 1877-ci il tarixli “Kavkaz” qəzetində göstərilir ki Nuxa şəhər kilsəsinin keşişi İrodion Nanabov 117 manat 85 qəpik pul toplayıb Qızıl Xaçın Qafqaz Bölməsinə təhvil verib[3].
Tarixi 1880-сı ildən əvvələ aid edilməyən bir sənəddə də Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olduğu, yaşının isə 40 olması qeyd edilib[4].
1881, 1883 və 1884-ci il mənbələrində də Nuxada keşiş olması və üçillik Nuxa şəhər məktəbində öz təriqəti üzrə dini dərs deməsi göstərilir[5][6][7].
1887-ci ildə Zaqafqaziya Dəmir yolları kilsəsinin keşişi idi[8].
1896-cı ildə Tiflisdəki Zaqafqaziya Dəmir yolları məktəbində öz təriqəti üzrə dini dərs deyirdi. Oğlu Aleksiy İrodionoviç Nanobov da həmin vaxt, həmin məktəbin müəllimi idi[9].
Bəzi məlumatlara görə İrodion Nanabovun gözəl səsi varmış və keşişlikdən əvvəl Gürcüstan ekzarxı yanında xor ansamblının üzvü olubmuş; oğlu Mixail Nanobaşvili isə dünyada tanınan tenor olub, 1920-ci ildə Parisə mühacirət etmiş “Mişel d'Arial” adı ilə orada opera solisti kimi fəaliyyət göstərmişdir[10].
İstinadlar[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Кавказ. — Тифлис, 1877. — № 226.
- Духовныя училища: // Кавказский календарь. — Тифлис, 1876 (2). — С. 65.
- Телавское женское учебное заведение Св. Нины. // Кавказский календарь. — Тифлис, 1876. — С. 87.
- Народныя училища. // Кавказский календарь. — Тифлис, 1881.
- Народныя училища. // Кавказский календарь. — Тифлис, 1883.
- Народныя училища. // Кавказский календарь. — Тифлис, 1884. — С. 92.
- Тифлисск. дирекция народн. училищ. // Кавказский календарь. — Тифлис, 1895. — С. 277.
- "Нанобов Иродион Иорданович" (русский). fgurgia.ru. 1880. 23.09.2019 tarixində arxivləşdirilib.
- Де Бур Юрий Львович - российский, советский и латвийский актёр (rus.). ourbaku.com (2016). Arxivləşdirilib (23 sentyabr 2019).
- Мишель д’Ариал – грузинский тенор «Гранд-опера» (rus.). 5nata5.livejournal.com (2012). Arxivləşdirilib (24 sentyabr 2019).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |