Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

İzzət Nəbiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İzzət Nəbiyev
Nəbiyev İzzət Əhməd oğlu
İzzət Nəbiyev
İzzət Nəbiyev.
Doğum tarixi 26 yanvar 1923(1923-01-26)
Doğum yeri Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi yanvar 1993(1993-01-00)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Neft və Kimya İnstitutu, telemexanika və elektronika kafedrası
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu (1940 – 1941 və 1945 – 1949)

V.M.Molotov adına Energetika İnstitutu, aspirantura (1951 – 1954)

Azərbaycan KP MK yanında “Marksizm – Leninizm Universiteti” (1977 – 1980)
Atası Əhməd Nəbiyev
Anası Maral Rəşid qızı Əfəndiyeva (1883 − 1967)
Mükafatları SSRİ dövlət mükafatı — 1969 “Azərbaycan SSR əməkdar elm və texnika xadimi” fəxri adı — 1981
"Əmək veteranı" medalı — 1984 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1966 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1976 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1986
XTNS gümüş medalı — 1961 XTNS gümüş medalı — 1969 XTNS gümüş medalı — 1987 XTNS bürünc medalı — 1963 XTNS bürünc medalı — 1982

İzzət Nəbiyev (1923 – 1993) — avtomatika və telemexanika üzrə görkəmli sovet və Azərbaycan alimi, texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı.

Haqında məlumatlar[redaktə | HTML redaktə]

26 yanvar 1923-cü il tarixdə Nuxada, pedaqoq ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1930 – 1940-cı illərdə Bakı şəhər 132 №-li orta məktəbində təhsil alıb.

1935 – 1940-cı illərdə Asəf Zeynallı adına Musiqi məktəbinin tar sinfində oxuyub.

1940 – 1941 və 1945 – 1949-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.

1941 – 1942-ci illərdə Hərbi Aviamühəndislər Məktəbinin kursantı olub.

1951 – 1954-cü illərdə V.M.Molotov adına Energetika İnstitutunun (Moskva) aspiranturasında,

1977 – 1980-ci illərdə Azərbaycan KP MK yanında “Marksizm – Leninizm Universiteti”ndə təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1942 – 1945-ci illərdə Xolzunov adına Kirovabad pilot aviaməktəbində aviasilahlar üzrə serjant-mexanik vəzifəsində işləyib.

1949 – 1951-ci illərdə Azneft birliyi “Stalinneft” tresti, təmir mühafizəsi üzrə mühəndis,

1954 – 1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun elektrik ölçmələri və qurğuların avtomatlaşdırılması kafedrasında assistent,

1956 – 1960-cı illərdə isə dosent olub.

1960 – 1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı vəzifəsində çalışıb.

1963 – 1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun avtomatika, telemexanika və elektronika kafedrasında dosent,

1970 – 1991-ci illərdə kafedrasının müdiri,

1991 – 1993-cü illərdə isə professor olub.

İkinci iş yerləri[redaktə | HTML redaktə]

1957 – 1993-cü illərdə “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunda (Sumqayıt) əvəzçiliklə işləyib.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.

1956-cı ildə dosent elmi adını alıb.

1972-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1977-ci ildə professor elmi adını alıb.

Telemexanikaya dair azərbaycan və rus dillərində dərsliklərin, 9 monoqrafiyanın, 200-ə yaxın məqalənin, 45 ixtiranın, 6 cihazın müəllifidir.

5 elmlər doktorunun, 70-dən çox elmlər namizədinin elmi rəhbəri olub.

Elmi-təşkilati aktivliyi[redaktə | HTML redaktə]

  • SSRİ Xalq Təhsili üzrə Dövlət Komitəsi Elmi-Metodik Şurasının avtomatika və texniki sistemlərin idarəedilməsi bölməsinin sədr müavini (1974-cü ildən).
  • Azərbaycan SSR üzrə Dövlət Komitəsi Elmi-Metodik Şurasının avtomatika və texniki sistemlərin idarəedilməsi bölməsinin sədri (1975-ci ildən).
  • Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texniki elmlər üzrə ekspert şuraının üzvü (1991 – 1993).

Partiyalılığı[redaktə | HTML redaktə]

1979-cu ildən Sov.İKP-nin üzvü olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

1993-cü ilin yanvar ayında − 70 yaşında, Bakıda vəfat edib.

Ailəsi[redaktə | HTML redaktə]

  • Atası: Əhməd Nəbiyev Qori seminariyasının məzunu olub və 1 il Moskva Kommersiya İnstitutunda, sonra isə Peterburq Universitetində təhsil alıb. Lenin ordeni və “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı ilə təltif edilib.
  • Anası: Maral Əfəndiyeva Rəşid bəy Əfəndiyevin qızı idi, Nuxada, Tərtərdə, Qarğabazarda ilk dəfə qız məktəbləri açmışdır.

Ailə fotoşəkilləri[qeyd 1][redaktə | HTML redaktə]

Xatirəsi[redaktə | HTML redaktə]

  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetində vaxtilə onun rəhbərlik etdiyi avtomatika, telemexanika kafedranın foyesində və yaşadığı binanın divarında heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanmış xatirə lövhələri vurulub.
  • Bakıda bir küçəyə adı verilib.
  • 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası elmi şurasının qərarı ilə həyat və fəaliyyətinə həsr olunmuş kitab çap olunub.

Qeydlər[redaktə | HTML redaktə]

  1. Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Nəbiyev İzzət Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1983. — VII  cild. — Səhifələrin sayı:  623. — Səh.: 216. — 80.000 nüsx.
  2. Abdullayev İ.M., Yusifov S.Y. Nəbiyev İzzət Əhməd oğlu / Azərbaycan respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Akademiyası. — Bakı: “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi, 1999. — Səh.: 68. — 300 nüsx. — ISBN 8-89600-261-x. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 oktyabr 2021.
  3. Məmmədov Ə., Xalıqov F. Nəbiyev İzzət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 443-445. — 1.000 nüsx.
  4. Mete Ə. Avtomatika sahəsində görkəmli alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  606. — Səh.: 274-275. — 500 nüsx.