Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şəki xanları və onların nəsilləri

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:17, 7 may 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şəki xanları və onların nəsilləri
Dər bəyani əhvalat və silsileyi xəvanin-i səlefi Şeki
1930-cu ildə çap olunmuş “Şəki xanları və onların nəsilləri” kitabçasının üz qabığı.
1930-cu ildə çap olunmuş “Şəki xanları və onların nəsilləri” kitabçasının üz qabığı.
Müəllif Hacı Seyid Əbdülhəmid
Orijinalın dili azərbaycanca və rusca
Ölkə Azərbaycan
Şəhər Bakı
İl 1930
Tərcüməçi Əbdulla Sübhanverdixanov
Nəşriyyat Qızıl Şərq
Nəşr Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu
Tiraj 1000
elektron versiyası

“Şəki xanları və onların nəsilləri” (“Dər bəyani əhvalat və silsileyi xəvanin-i səlefi Şeki”) — 1930-cu ildə Bakıda “Qızıl Şərq” nəşriyyatında 1000 tirajla çap olunmuş 24 səhifəlik kitabça. Kitabça Hacı Seyid Əbdülhəmid tərəfindən qələmə alınmış Şəki xanlarının tarixinə dair əsərdən, Əziz Ubeyduylinin qələmə aldığı bir səhifəlik “Müqəddimə”dən, Salman Mümtazın qələmə aldığı bir səhifəlik “Bir neçə söz”dən və bunların rusca tərcümələrindən, həmçinin, əlavə olaraq Nadir şahın 3 fərmanının fotoşəklindən və həmin fərmanların rusca müxtəsər tərcümələrindən ibarətdır. Bu Salman Mümtaz tərəfindən 1909-cu ildə Nuxada (indiki Şəki) Hacı Yaqub əfəndi Əfəndizadə kitabxanasından əldə olunmuş “Dər bəyani əhvalat və silsileyi xəvanin-i səlefi Şeki” adlı əsərinin yeganə əlyazma nüsxəsinin ilk nəşridir və ilk və sonuncu tək nəşridir. Daha sonra bu əsər növbəti dəfə 1958-ci ildə Kərim ağa ŞəkixanovunŞəki xanlarının müxtəsər tarixi” ilə birlikdə “Şəki xanlığının tarixindən” adlı kitabçada çap olunub.

Ədəbiyyat

  1. Redaktordan // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 8-9.