Əbdürrəşid Əfəndizadə

Aydinsalis (Müzakirə | töhfələr) (→‎Təhsili) tərəfindən edilmiş 23:50, 6 yanvar 2023 tarixli dəyişiklik

Əbdürrəşid Əfəndizadə (?–1951) — “Nuxa fəhləsi” qəzetinin (indiki “Şəki” qəzeti) ilk redaktoru, həkim və pedaqoq.

Əbdürrəşid Əfəndizadə
Əfəndizadə Əbdürrəşid Xəlil oğlu
Əbdürrəşid Əfəndizadə
Əbdürrəşid Əfəndizadə.
Doğum tarixi ?
Vəfat tarixi 1951(1951-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Dəfn yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Həyat yoldaşı Sürəyya
Təhsili

 • Tibb İnstitutu

 • Pedaqoji İnstitut

Haqqında məlumatlar

Təhsili

Nuxada (indiki Şəki) əvvəl mollaxanada, sonra isə rus-türk məktəbində təhsil alıb.

Daha sonralar isə Bakıda Tibb İnstitutunu və Pedaqoji İnstitutu bitirib.

Həyat və fəaliyyəti

1918 – 1920-ci illərdə – cümhuriyyət dövründə, qardaşı Məcid bəy və yaxın qohumu Əyyub kimi “Hürriyyəti-Maarif” cəmiyyətinin yaradılmasında fəal iştirak edib.

1921-ci ildə Nuxada çap edilən vərəqələrin redaktoru Nurəddin Tofiq vəfat etdikdən sonra onun gördüyü iş Əbdürrəşid Əfəndizadə tapşırılıb. Əbdürrəşid Əfəndizadə isə bu vərəqələrin əvəzinə “Nuxa fəhləsi” adlı qəzet çap etməyə başlayıb.

1923-cü ildə həyat yoldaşı Sürəyya ilə birlikdə Bakı şəhərinə köçüb (Sürəyya Rəcəb Əfəndizadənin əmisi Hacı Zəkəriyyə bəyin qızı idi).

Ömrünün sonuna kimi həm həkimlik edib, həm də texnikumda kimyadan dərs deyib.

1951-ci ildə Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Qəzetəmizin keçub gəldiyi yollar // Şəki fəhləsi : qəzet. — Nuxa, 1931. — В. 25 oktyabr. — № 48 (897). — Səh. 5.
  2. Əfəndizadə Əbdürrəşid // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 309. — 500 nüsx. — ISBN 5-8066-1708-4.