Əbdürrəşid Əfəndizadə
Əbdürrəşid Əfəndizadə (?–1951) — “Nuxa fəhləsi” qəzetinin (indiki “Şəki” qəzeti) ilk redaktoru, həkim və pedaqoq.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
Təhsili[redaktə | HTML redaktə]
Nuxada (indiki Şəki) əvvəl mollaxanada, sonra isə rus-türk məktəbində təhsil alıb.
Daha sonralar isə Bakıda Tibb İnstitutunu və Pedaqoji İnstitutu bitirib.
Həyat və fəaliyyəti[redaktə | HTML redaktə]
1918 – 1920-ci illərdə – cümhuriyyət dövründə, qardaşı Məcid bəy və yaxın qohumu Əyyub kimi “Hürriyyəti-Maarif” cəmiyyətinin yaradılmasında fəal iştirak edib.
1921-ci ildə Nuxada çap edilən vərəqələrin redaktoru Nurəddin Tofiq vəfat etdikdən sonra onun gördüyü iş Əbdürrəşid Əfəndizadə tapşırılıb. Əbdürrəşid Əfəndizadə isə bu vərəqələrin əvəzinə “Nuxa fəhləsi” adlı qəzet çap etməyə başlayıb.
1923-cü ildə həyat yoldaşı Sürəyya ilə birlikdə Bakı şəhərinə köçüb (Sürəyya Rəcəb Əfəndizadənin əmisi Hacı Zəkəriyyə bəyin qızı idi).
Ömrünün sonuna kimi həm həkimlik edib, həm də texnikumda kimyadan dərs deyib.
1951-ci ildə Bakıda vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Qəzetəmizin keçub gəldiyi yollar // Şəki fəhləsi : qəzet. — Nuxa, 1931. — В. 25 oktyabr. — № 48 (897). — Səh. 5.
- Əfəndizadə Əbdürrəşid // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 309. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |