Əkrəm Şəkinski
Əkrəm Şəkinski (1929–1998) — görkəmli mühəndis-geoloq, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri.
Əkrəm Şəkinski | |||||||
---|---|---|---|---|---|---|---|
Şəkinski Əkrəm Məmmədəmin oğlu | |||||||
Əkrəm Şəkinski. | |||||||
|
|||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
|
|||||||
Xələfi | vəzifə ləğv edilib | ||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 16 noyabr 1929 | ||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Vəfat tarixi | 25 iyun 1998 (68 yaşında) | ||||||
Vəfat yeri | İstanbul, Türkiyə | ||||||
Atası | Məmmədəmin Şəkinski | ||||||
Həyat yoldaşı | Fərəh Şəkinskaya | ||||||
Uşağı | Emin Şəkinski | ||||||
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, geoloji-kəşfiyyat fakültəsi (–1954) | ||||||
Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
16 noyabr 1929-cu il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1954-cü ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
Yeniyetmə yaşlarında Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında usta köməkçisi, sonralar SSRİ “Baştunelmetrotikinti” İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində böyük fəhlə, kiçik texnik-geodeziyaçı, daha sonralar isə əvvəl “Azneft” birliyinin Dənizdə Geofiziki Kəşfiyyat İdarəsində seysmik kəşfiyyat partiyasının böyük radiotexniki, sonra idarənin baş mühəndisi vəzifəsində işləyib.
1966-1968-ci illərdə “Texnoeksport” Ümumittifaq Birliyi ilə İran neft kompaniyası arasında bağlanmış müqavilənin məsləhətçi-rəhbəri kimi İrana xidməti ezamiyyətdə olub.
1969-cu ildə SSRİ Neft Sənayesi Nazirliyinin “Azneftgeofizkəşfiyyat” Trestinin müdiri vəzifəsinə təyin olunub.
1974 – 1991-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi,
1991 – 1998-ci illərdə isə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri vəzifəsində çalışıb.
İctimai-siyasi fəaliyyəti Vizual/Mobil redaktə
X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Digər Vizual/Mobil redaktə
Xarici ölkələrlə iqtisadi əməkdaşlığa dair danışıqlar aparmaq məqsədilə SSRİ hökumət komissiyalarının heyətində - 1969-cu ildə İranda, 1973-cü ildə Nigeriyada olmuşdur.
Bir sıra dövlət və hökumət komissiyalarının üzvü olmuş, Sovet İttifaqı nümayəndə heyətinin tərkibində 1989-cu ildə ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş XXVIII Ümumdünya Geoloji Konqresin işində iştirak etmişdir.
Təltif və mükafatları Vizual/Mobil redaktə
“Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə, medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub.
“Azərbaycan SSR əməkdar geoloqu” və “SSRİ Yer təkinin fəxri kəşfiyyatçısı” fəxri adlarını alıb.
Vəfatı Vizual/Mobil redaktə
25 iyun 1998-ci il tarixdə − 68 yaşında, İstanbul şəhərində xidməti ezamiyyətdə olarkən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Şəkinski Əkrəm // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 523. — 1.000 nüsx.
- Yusifzadə Y., Əlizadə Y., Quliyev A. Əsl vətəndaşlıq nümunəsi : [arx. 16.11.2020] // Anl.az. — 2009. — 15 noyabr. — Müraciət tarixi: 24.07.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |