Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əkrəm Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
..
.
Şəkinski Əkrəm Məmmədəmin oğlu
Əkrəm Şəkinski
Əkrəm Şəkinski.

Əkrəm Şəkinski (1929–1998) — görkəmli mühəndis-geoloq, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri.

Haqqında məlumatlar

16 noyabr 1929-cu il tarixdə Bakıda anadan olub.

Təhsili

1954-cü ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib.

Əmək fəaliyyəti

Yeniyetmə yaşlarında Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında usta köməkçisi, sonralar SSRİ “Baştunelmetrotikinti” İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində böyük fəhlə, kiçik texnik-geodeziyaçı, daha sonralar isə əvvəl “Azneft” birliyinin Dənizdə Geofiziki Kəşfiyyat İdarəsində seysmik kəşfiyyat partiyasının böyük radiotexniki, sonra idarənin baş mühəndisi vəzifəsində işləyib.

1966-1968-ci illərdə “Texnoeksport” Ümumittifaq Birliyi ilə İran neft kompaniyası arasında bağlanmış müqavilənin məsləhətçi-rəhbəri kimi İrana xidməti ezamiyyətdə olub.

1969-cu ildə SSRİ Neft Sənayesi Nazirliyinin “Azneftgeofizkəşfiyyat” Trestinin müdiri vəzifəsinə təyin olunub.

1974 – 1991-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi,

1991 – 1998-ci illərdə isə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Digər

Xarici ölkələrlə iqtisadi əməkdaşlığa dair danışıqlar aparmaq məqsədilə SSRİ hökumət komissiyalarının heyətində - 1969-cu ildə İranda, 1973-cü ildə Nigeriyada olmuşdur.

Bir sıra dövlət və hökumət komissiyalarının üzvü olmuş, Sovet İttifaqı nümayəndə heyətinin tərkibində 1989-cu ildə ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş XXVIII Ümumdünya Geoloji Konqresin işində iştirak etmişdir.

Təltif və mükafatları

“Qırmızı Əmək Bayrağı”“Şərəf nişanı” ordenləri ilə, medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub.

“Azərbaycan SSR əməkdar geoloqu” və “SSRİ Yer təkinin fəxri kəşfiyyatçısı” fəxri adlarını alıb.

Vəfatı

25 iyun 1998-ci il tarixdə − 68 yaşında, İstanbul şəhərində xidməti ezamiyyətdə olarkən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. . . // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 523. — 1.000 nüsx.
  2. . Əsl vətəndaşlıq nümunəsi : [arx. 16.11.2020] // Anl.az. — 2009. — 15 noyabr. — Müraciət tarixi: 24.07.2021.

.