Hal-hazırda ensiklopediyada 709 məqalə var.
Ceyhun Əfəndi
Ceyhun Əfəndi – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair, tərcüməçi, jurnalist Hikmət Ziyanın nəvəsidir. 2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir...
Şəki qəzası
Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, Şəki əyalətinin yerində və Kaspi vilayətinin tərkibinə yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873-cü ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi yarıbayarı kiçildilmişdir...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Anadan olanlar (1) Vəfat edənlər (0)
18 aprel
- İnformatika elmləri namizədi, professor, Ankara Universitetinin mühəndislik fakültəsinin kompüter mühəndisliyi kafedrasının müdiri Refik Samet (Səmədov Rafiq Yaqub oğlu) 18 aprel 1960-ci il tarixdə Nuxa rayonunun (indiki Şəki rayonu) Baş Göynük kəndində anadan olub.
Şəkil: Refik Samet.
Bilirsinizmi?
- 10 aprel 2021-ci il tarixdə coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi Qalib Rüstəmov 68 yaşında Bakıda vəfat edib.
- 20 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının əməkdar rəssamı Qüdrət Məmmədov vəfat edib. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Xarkov Dövlət Rəssamlıq İnstitutunda təhsil almış, uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışdır.
- 14 fevral 2021-ci il tarixdə Fərid Əlibalayev 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini Naqi Məhəmmədzadə ilə birlikdə Elmi Spektr açıq elmi platformasının Habitat Tərcümə Layihəsi çərçivəsində dijitallaşdırılaraq internetə tam yerləşdirdiklərini bəyan edib.
- 4 fevral 2021-ci il tarixdə Azərbaycan sovet partiya xadimi, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olmuş Sadıq Murtuzayev 93 yaşında vəfat edib.
- 3 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rəhman Hümmətovu Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin edib. Rəhman Hümmətov 1977-ci ildə Şəkidə anadan olmuşdur.
- 26 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Mustafayevin Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
- 12 yanvar 2021-ci il tarixdə kimya elmləri doktoru, professor, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifi Ələfsər Məmmədov 69 yaşında Bakıda vəfat edib.